X

İnternet vasitəsilə ticarət necə həyata keçirilir ?

forex ek gelir

FOREX bazarında harada olmağınızın və saatın neçə olduğunun önəmi olmadığı üçün yatırımlarınıza hər zaman istiqamət verə bilərsiniz. İnternet bağlantısından istifadə edərək istər komptüreriniz, istər planşetiniz, istərsə də mobil telefonunuz vasitəsilə rahat bir şəkildə ticarət hesabı aça bilərsiniz.

FOREX bazarında valyuta cütlükləri

FOREX, likvidliyi yüksək olan maliyyə bazarıdır. Bazarın dinamik olması, istər qısamüddətli, istərsə də uzunmüddətli ticarət edərək gəlir əldə edən bazar iştirakçıları üçün əlverişlidir. Kredit çiyni dəstəyi sayəsində kiçik məbləğğlərlə belə yüksək gəlir əldə etmək imkanı bu bazarın ən cəlbedici xüsusiyyətlərindəndir. Bu proseslər hər nə qədər yüksək riskli olsa da, qiymətlərin ani artımı və ya enişi düzgün ticarət əməliyyatı icra etmiş bazar iştirakçılarına yüksək gəlir gətirə bilər.

EUR/USD kimi valyuta cütlərinin alınıb satılmasına söykənən FOREX, 5 gün 24 saat ticarət olunan maliyyə bazarıdır. FOREX, beynəlxalq maliyyə bazar olduğu üçün burada bütün ölkələrin valyutaları ilə rahatlıqla ticarət edə bilərsiniz. FOREX maliyyə bazarında ticarət həcminə görə birinci yerdə EUR/USD cütlüyü dayanır.

FOREX bazarında əmtəə ticarəti

Qızıl, Gümüş, Mis kimi qiymətli metallar, neft, pambıq, buğda, qəhvə, qarğıdalı, kakao kimi əmtəələrlə ticarət etməyiniz mümkündür. Qeyd olunan əmtəələrlə ticarət etmək üçün onlara fiziki olaraq sahib olmağınıza gərək yoxdur. Ticarət terminalı vasitəsilə açacağınız ticarət hesabı ilə FOREX bazarında istədiyiniz zaman ticarət edə bilərsiniz. FOREX bazarının iki istiqamətli ticarət üstünlüyü ilə qiymətlər enəndə də, yüksələndə də gəlir əldə edə bilərsiniz.

Fərq Müqavilələri

Fərq müqavilələri (CFD), digər maliyyə alətlərindən fərqli olaraq, cari bazar qiyməti ilə deyil, müddət sonunda gözlənilən qiymət arasındakı fərq üzərindən ticarət edə edərsiniz. Bazar qiyməti ilə müddət sonunda gözlənilən qiymət fərqi nə qədər çox olarsa, onun üzərindən əməliyyat edib, daha çox gəlir əldə etmək olar.

Təlim hesabı ilə təcrübə

FOREX bazarı qısa müddət ərzində yüksək gəlir gətirən bir maliyyə bazarıdır. Ancaq bu bazarda gəlir əldə etmək üçün bazarın dinamikliyini analiz etməyi bilməli və təcrübə qazanmalısınız. Bu təcrübəyə sahib olmaq üçün Real ticarət hesabı açmazdan öncə təlim hesabında strategiyalarınızı test etməli, özünüzü təkmilləşdirməlisiniz. Təlim hesabında ticarət virtual şəkildə həyata keçirildiyindən, burada mənfəət və zərəriniz də virtualdır. Təlim hesabı vasitəsilə real birja şərtlərində risk etmədən ticarət edərək, real ticarət hesabına keçid zamanı daha yaxşı nəticələr göstərə bilərsiniz.

Categories: Forex
InvestAZ:
Related Post