Site icon InvestAZ Blog

Hədəflərinizi uğura çevirən addımlar

Hədəflərinizi uğura çevirən addımlar

Hədəflərinizi uğura çevirən addımlar

Həyatınızın ən möhtəşəm anlarından biri dünyaya gəldiyiniz an, digəri isə bu dünyaya gəliş məqsədinizin nə olduğunu anladığınız andır. Nəyə nail olmaq istədiyinizə və uğur yolunuzun istiqamətinə qərar verdikdən sonra heç bir şey sizi saxlaya bilməz. Lakin, qərar verdikdən sonra hərəkətsiz qalmamalısınız, məqsədinizə çatmaq üçün çox çalışmalı və səy göstərməlisiniz.
Yatırım dünyasında qarşılaşdığımız ən mühüm problemlərdən biri isə hansı istiqamətdə əməliyyat edəcəyimizə qərar verməkdir. Çünki maliyyə bazarları hər an dəyişir və bu dəyişikliklər yatırımlarımızın istiqamətini də hər an dəyişdirə bilər. Baş verən mühüm iqtisadi, siyasi hadisələrdən xəbərdar olmağımız doğru qərar verməyimiz üçün önəmlidir.
Həm yatırım edərkən, həm də gündəlik həyatımızda hədəflərimizin uğura çevrilməsi üçün bir neçə mərhələdən keçməliyik:

Düşüncə tərzi qərarlarınızı formalaşdırır

İstənilən biznes sahəsində olduğu kimi yatırımda da düşüncələrdən hədəflərə gedən uzun bir yol vardır. Yəni bir hədəfinizə çatmaq üçün öncə onu düşüncənizdə canlandırmağı bacarmalısınız. Düşüncə tərzinin iki ayrı forması vardır: Məntiqi düşüncə tərzi və Yaradıcı düşüncə tərzi.

Məntiqi Düşüncə Tərzi nədir?

Bu sualın cavabını aydınlaşdırmaq biraz çətindir. Lakin bu düşüncə tərzi və doğru qərarların verilməsi bir – biri ilə çox əlaqəlidir. Məntiqi düşüncə tərzi faktlara, məlumatlara və sübutlara əsaslanır. Onu başqa cür belə ifadə edə bilərik: Məntiqlə düşünməyi bacaran insanlar qərar verərkən şəxsi hisslərini və fikirlərini bir qırağa qoyaraq vəzifələrini yerinə yetirirlər.
Yatırım edərkən də bu düşüncə tərzindən faydalana bilərsiniz. Bilik hər bir sahə üçün çox önəmlidir. Bu düşüncə tərzinə görə qərar vermə prosesini isə belə açıqlamaq mümkündür: “ Öncəki məlumatları dəyərləndir, yeni qazandığın məlumatlara görə yeni qərarlar verərək irəlilə.”

Yaradıcı Düşüncə Tərzi Nədir?

Gördüyümüz işləri effektiv yerinə yetirməyimiz üçün tənqidi düşüncə tərzi ilə yanaşı yaradıcı düşüncə tərzindən də faydalanmağı bacarmalıyıq. Çünki bu düşüncə tərzi bizə çəkinmədən fikirlərimizi ifadə etməyə və problemin yeni həll yollarını axtarıb tapmağımıza imkan yaradır.

“Yaradıcı düşüncə tərzi hədəflərə çatmaq üçün lazım olan yenilikçi və qeyri – adi fikirləri normal qəbul edərək onların üzərində işləməyimizi tələb edir.”

Yaradıcı düşüncə risk etmək və hal – hazırda olduğumuz yerdən irəliyə doğru addım atmaq, komfort zonamızı tərk etməyimiz deməkdir. Bu addımlar isə bizi inkişafa aparacaq. Ümumiyyətlə həm yaradıcı həm də tənqidi düşüncə tərzi hədəflərimizə nail olmaq üçün getdiyimiz yolda bizə kömək olacaqlar.
Yaradıcı düşüncə tərzi ilə bağlı belə bir söz vardır:

“Tapdığınız cavablar hər zaman doğru olmaya bilər, onlar sizin baxış bucağınızdan asılıdır.”

Hədəflərin Müəyyən Edilməsində Ağıllı (S.M.A.R.T) Addımların Önəmi

Qarşınıza qoyduğunuz hədəflər sizə motivasiya verirsə deməli doğru yoldasınız. Bu hədəflərə misal olaraq böyük bir evə sahib olmaq, evdən işləyərək pul qazanmaq, dünyanı gəzmək və s. göstərə bilərik. Onlar hə bir insan üçün fərqlidir və əgər motivasiyadan düşmürsünüzsə bir gün bu istəklərinizə sahib ola bilərsiniz. Lakin, işinizdəki və şəxsi həyatınızdakı müxtəlif situasiyalar sizi bu hədəflərə gecikdirə bilər. Bu zaman həvəsdən düşməməyə çalışın.
Böyük hədəfinizə çatmaq üçün özünüzə xırda və “ağıllı hədəflər” müəyyən etməlisiniz. Ağıllı hədəflərdə danışmağa başlamazdan öncə motivasiyanızı artıracaq bir neçə məsləhətə diqqət yetirək.

“Məqsədlərinizə nail olmağınız üçün istiqrarlı olun və özünüzə uğur yolu müəyyən edin.”

İşləri tez bir müddətdə bitirmək üçün onun çox “təcili” olduğunu fikrinə özünüzü inandırmağa çalışın və “mən bu işi etməliyəm”, “mən bu işi gecikdirməyəcəm” kimi motivasiya edici cümlələrdən istifadə edin. əks təqdirdə müəyyən etdiyiniz hədəflər sadəcə bir yığın cümlə olaraq qalacaq.

Ağıllı ( S.M.A.R.T ) Hədəflər Hansı Xüsusiyyətlərə Sahib Olmalıdır?

Ağıllı (S.M.A.R.T) hədəflər ingiliscə “smart” sözündən götürülmüşdür. Onun mənası da elə bu sözün mənası ilə eynidir. Onun hədəflərlə əlaqəsini isə baş hərflərinin açıqlamalarından anlaya bilərik. Bunlar aşağıdakı kimidir:

S (Specific): Spesifik;
M (Measurable): Ölçülə bilən;
A (Attainable): əldə edilə bilən;
R (Relevant): Məqsədəuyğun;
T (Timely): Zamanında yerinə yetirilən;

Spesifik.
Hədəfinizi düzgün və aydın ifadə etməyi bacarmalısınız. “Çoxlu pul qazanmaq istəyirəm”, “asan pul qazanmaq istəyirəm”, “xoşbəxt olmaq istəyirəm” kimi cümlələr ümumi ifadələr olduğu üçün hədəfləriniz spesifik olmayacaq. Gündəlik və ya aylıq hədəflərinizin nə olduğunu müəyyənləşdirin daha sonra isə “nə vaxt başlayacaqsınız?”, “ haradan başlayacaqsınız? ”, “hansı vasitələrdən istifadə edəcəksiniz ? ” və s. kimi suallara cavablarınızı dəqiqləşdirin.

Ölçüləbilən.
Hədəflərə daha asan nail olmaq üçün digər vacib xüsusiyyət onların ölçüləbilən olmasıdır. Yəni görəcəyiniz hər bir işi ən xırda detalına qədər planlaşdırın. Ölçüləbilən qərarlar yatırım hədəfləri üçün də çox önəmlidir. Bu addımda hədəflərə nail olmaq üçün istifadə edilən fundamental, tekniki, elliot dalga analizləri və pivot nöqtələrini bilmək kömək olacaqdır. Bu metodlardan istifadə edərək maliyyə bazarlarında qazanc hədəfləriniz üçün hansı istiqamətdə addım atmalı olduğunuz haqqında fikrə sahib olacaqsınız.

Əldə edilə Bilən.
Hədəflərinizin əldə edilə bilən olmağı onların sadəcə bir fikir olaraq qalmaması və real həyatda tətbiq edilərək bir nəticə əldə edilməsi deməkdir. Böyük hədəflərinizə nail olmaq üçün özünüzə daha xırda hədəflər müəyyən etməlisiniz. Məsələn, ən böyük hədəfiniz sevdiyiniz işdə çox uğurlu olmaqdır. O zaman hansı sahəyə marağınızın olduğunu müəyyən edin və o sahədə lazımlı qabiliyyətlərinizi hər gün, az – az inkişaf etdirin. Bütün bu addımlar böyük hədəfinizə çatmaq üçün sizə motivasiya verəcək və həvəsdən düşməyəcəksiniz.

Müvəffəqiyyət; hər gün tətbiq olunan bir neçə sadə qaydadan ibarətdir.” Jim Rohn

Yatırımda hədəflərinizi müəyyən edərkən də nəticəyə deyil ona çatmaq üçün keçdiyiniz yola fokuslanmalısınız. Çünkü yatırımçı hər zaman özünü inkişaf etdirməlidir. Bunu isə tədris proqramları, mütəxəsis rəylərinin dəyərləndirilməsi və yatırım təlim hesablarında təcrübə toplayaraq edə bilərsiniz.

Məqsədəuyğun.
Hədəfləriniz nə qədər əlçatan görsənsə də səhv yolda ola bilərsiniz. Hədəfinizin ən böyük məqsədinizə çatmağınıza kömək etdiyindən əmin olmağa çalışın. Yoxsa bu vaxt itkisindən başqa bir şey olmayacaq. əslində hədəflərimiz ilə vərdişlərimiz də bir – biri ilə çox əlaqəlidir. əgər hədəflərimizi gündəlik etdiyimiz və vərdiş qazandığımız işlər olaraq fikirləşsək onlara çatmağımız daha asan olacaq.
Yatırım dünyasında isə maliyyə bazarlarında əməliyyat edəcəyiniz miqdarları yavaş – yavaş böyüdərək risk və qazanc hədəflərinizi balanslaşdıra bilərsiniz. Bu davranış daha sonra bütün əməliyyatlarınıza tətbiq etdiyiniz bir vərdişə dönüşəcək və siz daha yetkin bir yatırımçı olacaqsınız. Çünkü yatırımda təcrübə yüksək qazanclar üçün ən vacib amillərdən biridir.

Vaxtında Yerinə Yetirilən.
Hədəfinizi müəyyən edərkən onu nə zaman başlayıb nə zaman bitirəcəyinizi də dəqiqləşdirin. Bir işi zamanında yerinə yetirmək üçün isə çətinliklər olduğunda həvəsdən düşməmək və səbrli olmaq çox önəmlidir. Bu xüsusiyyət digər bütün xüsusiyyətləri də özündə birləşdirir. Bir hədəf vaxtında yerinə yetirilirsə, onun başlanğıc və bitiş nöqtəsi vardırsa deməli o həm spesifikdir, həm məqsədəuyğun müəyyən edilmişdir, həm ölçüləbiləndir və nəticə olaraq əldə edilə biləndir.

Exit mobile version