Site icon InvestAZ Blog

FOREX-də uğurlu olmağın 7 sirri

İnvestor Psixologiyası və davranışları

İnvestor Psixologiyası və davranışları

Düzgün ticarət qərarları təsadüf nəticəsində deyil, bilik və təcrübəyə əsaslanaraq verilir. Burada əsas məsələ doğru maliyyə alətinə, doğru zamanda və doğru istiqamətdə yatırım etməkdir. Əgər FOREX maliyyə bazarında uğurlu olmaq istəyirsinizsə, hər şeydən əvvəl bazarı və onun dinamikliyini təmin edən  nəzəri biliklərə sahib olmalısınız. Bu məlumatlara əsaslanaraq yatırım qərarlarında 7 qızıl qaydanı mənimsəyənlərin bazarda uğur əldə etməsi yüksəkdir.

  1. Böyük investorların bazara baxış bucağını tutmağa çalışın.

Kiçik investorlar istər əllərindəki maddi gücü, istər investisiya qərarlarını formalaşdırarkən istifadə etdikləri köməkçi vasitələrin çeşidini, istərsə də psixoloji baxımdan çətinlik çəkirlər. Böyük investorlar isə kiçik bir sərmayə ilə bir sərvət əldə etmək kimi irrasional hədəflərə malik deyil, yalnız davamlılığı təmin etmək kimi mümkün hədəfləri var. O halda kiçik investorların da özlərini onların yerinə qoyub, onların mövcud inkişaflar qarşısında dünya görüşünü, gözləntilərini təxmin edərək investisiya qərarlarını onların verəcəyi istiqamətdə seçim etmələri, özlərini uğura daşıyacaqdır.

  1. Zərər etdikdə cəsarətinizi itirməyin.

Bütün analizlərinizi edərək, nəzəriyyədə mükəmməl bir maliyyə alətinə ən doğru zamanda yatırım etmisiniz. Ancaq təcrübədə işlər gözlədiyiniz istiqamətdə inkişaf etmədi və Siz zərər etdiniz. Verəcəyiniz yatırım qərarlarının təxminən 40%-də səhv edə biləcəyinizi əvvəlcədən qəbul etmirsinizsə, demə ki, uğurlu bazar iştirakçısı olmaqdan uzaqsınız. Qızıl qaydalardan biri də budur: Mənfəət əldə etməyi sevən, zərər etməyi də nəzərə almalı, cəsarətini toplayaraq yoluna davam etməlidir.

  1. Hisslərinizə hakim olun

Davamlı uğur əldə etdikdən sonra özünüzü bazarın sahibi kimi hiss etməyin. Bazarların dinamikliyi eyni ilə təbiət kimidir, tam hakim olduğunuzu düşündüyünüz anda o yenə fərqli istiqamət ala bilər. Odur ki, bazarları hər zaman təqib etməyiniz də fayda var.

  1. Hər yatırım yeni bir başlanğıcdır

Ticarət edəcəyiniz maliyyə alətini seçərkən hisslərinizə arxalanmayın. Daha əvvəl zərər etdiyiniz maliyyə aləti növbəti dəfə Sizə böyük gəlir gətirə bilər. Odur ki, keçmişə nəzər salmadan, hisslərinizin əsiri olmadan, əlinizdəki məlumatlar və analizlərə görə qərar verməyə çalışın.

  1. Gəlir və zərər nisbətinizi təqib edin.

Bundan əvvəl qeyd etdiyimiz kimi, verdiyiniz yatırım qərarlarının bir hissəsi bazarların dinamikliyi fonunda gözlədiyiniz nəticəni verməyə bilər. Ona görə də əldə ediyiniz mənfəəti və zərəri əməliyyat əsasında deyil. günlük, həftəlik və aylıq olaraq dəyərləndirin.

  1. B planı hazırlyın

Ticarət etdiyiniz maliyyə alətinin hansı mənfəət səviyyəsinə yüksələcəyini və ya zərər səviyyəsinə enəcəyini öncədən müəyyən edin.

  1. Hədəf və planlarınıza riayət edin.

Hisslərinizə aldanıb, təlaş və ya həyəcanla hərəkət etməyin. Bunun əvəzinə rasional şəkildə müəyyən etdiyiniz hədəf və planlarınıza şərhsiz bir şəkildə əməl edin. Bir maliyyə alətinin gəlir səviyyəsinə 20% çatdığında “bəlkə 25%” mənfəət götürüm vəya 10% zərər etdiyinizdə “bəlkə geri qayıdar” kimi fikirləri ağlınızdan çıxarın. Hər zaman plana uyğun ticarət edin.

Exit mobile version