Share This Article
Vəsaitlərinizi dəyərləndirmək üçün FOREX bazarına üstünlük verən bazar iştirakçıları digər maliyyə bazarları ilə müqayisədə daha çox üstünlüyə malik olduqlarının fərqindədirlər. Həftənin 5 günü 24 saat açıq olması, bütün əməliyyatların internet vasitəsilə həyata keçirilməsi və yüksək kredit çiyni dəstəyi ilə ticarət imkanının olması bir çox bazar iştirakçılarını bu bazarın daimi sakininə çevirmişdir. Çünki aşağı yatırım məbləği olan hər kəs FOREX maliyyə bazarında ticarət edərək yüksək gəlir əldə etmək imkanlarından faydalana bilir. Bunun üçün maliyyə bazarında baş verənləri izləmək, təhlil etmək və təcrübə toplamaq lazımdır. Bəs dünyanın ən böyük maliyyə bazarında necə bir ticarət strategiyası seçilməlidir sualını verirsinizsə, o zaman Sizə yol göstərəcək müxtəlif FOREX strategiyalarını təqdim edirik:
Trendin izlənilməsi
Qısa müddət ərzində mənimsəyib, tətbiq edə biləcəyiniz bir strategiyadır. Bu strategiyada, ensiz kanallar arasında hərəkət edən qiymətlərin istiqamətini təqib edib, kanaldan çıxdığı zaman əməliyyat icra edə bilərsiniz. Diqqət edilməsi vacib olan məqamlar: Vacib iqtisadi xəbərlər və maliyyə bazarlarının açılış vaxtları kimi məlumatlar trendin istiqamətinin dəyişməsinə təsir edən amillər sırasındadır.
MACD Kombo Strategiyası
MACD Kombo strategiyasında, alış əməliyyatlarınızı qiymətlər yüksələndə, satış əməliyyatlarınızı isə qiymətlər enən zaman icra edə bilərsiniz. Bu strategiyada 50 periodluq sadə hərəkətli ortalama və 50 periodluq BHO istifadə olunur. Diqqət edilməsi vacib olan məqamlar: İlk baxışdan bu Sizə sadə bir FOREX strategiyası kimi görünə bilər, lakin trendin bitmə nöqtəsinə yaxınlaşıb yaxınlaşmadığını müəyyən etməyiniz lazımdır.
RSI İndikatoru
RSI indikatoru günlük qrafiklərdə daha uğurlu nəticələr sərgiləyən bir FOREX strategiyasıdır. Qısa zaman aralıqlarında yanlış siqnallar verdiyi üçün daha çox gündəlik qrafiklərdə istifadə olunmasına daha çox üstünlük verilir. Müəyyən aralıqlarda hərəkət edən valyuta cütlüklərindən mənfəət əldə edilməsi üçün hazırlanmışdır. Diqqət edilməsi vacib olan məqamlar: Qısamüddətli qrafiklərdə yarana biləcək itkilər daha az olacaqdır. Ancaq günlük qrafiklərdə baxdığınız zaman daha çox məlumat nöqtəsi verdiyini müşahidə olunacaq, momentum indikatorunda baş verən dönüş və dəyişikliklər daha çox əhəmiyyət kəsb edəcək.
Mükəmməl Düzülüş
Mükəmməl düzülüş nadir hallarda müşahidə olunan bir vəziyyətdir. Ancaq bir dəfə müşahidə olunduqda, rahatlıqla əməliyyat icra etməyə imkan verən FOREX strategiyalarından biridir. Sadə hərəkətli ortalamaların (BHO) aşağı və ya yuxarı olduğu trendlərdə bir düzülüş əmələ gətirməsi gözlənilir. Əməliyyatlarınızı Mükəmməl Düzülüş davam etdiyi müddət ərzində açıq saxlamağınız, düzülüş sona çatdığı zaman isə bağlamağınız tövsiyyə olunur. Diqqət edilməsi vacib olan məqamlar: Mükəmməl düzülüş müşahidə etdiyiniz zaman güclü bir trendlə üz-üzə olduğunuzu nəzərə alın. Ən ideal düzülüş əmələ gəldiyi zaman dərhal giriş və çıxış səviyyələrinizi müəyyən edin.