Açıq əməliyyatlarınızda heç bir dəyişiklik olmadan FOREX hesabınızı InvestAZ şirkətinə köçürmək istəyirsinizmi? InvestAZ şirkətinin üstün texnologiyasında istifadə edərək, bazar iştirakçılar mövcud əməliyyatlarını şirkətə rahatlıqla köçürə bilərlər. Üstəlik bütün bu proseslərin hamısı cəmi 5 dəqiqə vaxtınızı alacaq.
Forex
Forex haqqında olan məqalələri buradan oxuya bilərsiniz.
Niyə FOREX? Bəli, məhz bu sual kiçik və ya böyük kapitala sahib investorları maraqlandıran suallardan biridir. Nəyə görə bir çox investorlar vəsaitlərini FOREX maliyyə bazarında dəyərləndirmək istəyirlər? Bu yazıda Sizə son zamanlar kiçik investorlar arasında böyük rəğbət qazanmış FOREX bazarının digər investisiya sahələrindən fərqləndirən cəhətlərini diqqətinizə çatdıracağıq.
Beynəlxalq Maliyyə bazarlarına daxil olursunuz
Gündəlik ticarət…
Bəzən qiymətlərin bir-birinə görə vəziyyətlərini, zaman içində göstərdikləri dəyişiklikləri, müəyyən vəziyyətlərdə göstərdikləri trendləri oxumağın ən asan yolu onu qrafik olaraq göstərməkdir. Əgər düzgün oxumağı bilirsinizsə, qrafiklər Sizə təsəvvür etdiyinizdən də çox məlumat göstərəcək. Bəli, bir vaxtlar riyaziyyat dərslərində gördüyümüz və x, y oxlarının z oxuna görə aldığı qiymətləri bir-birinə birləşdirəndə ortaya çıxan o əyrilər də var bu işin içində. Ancaq özünüzü çox da yormağa ehtiyac qalmayacaq çünki, ticarət edəcəyiniz terminalın daxilində bunlar daha asanlaşdırılmış formada hazırlanmışdır.
FOREX və ya hamının FX kimi tanıdığı maliyyə bazarında valyutaların ticarəti ilə yanaşı əmtəə, birja indeksi və səhmlərin ticarəti də həyata keçirilir. Gündəlik əməliyyat həcmi 5 trilyon dolları keçən dünyanın ən böyük maliyyə bazarı olan FOREX, həm kiçik, həm də böyük investorlar üçün münasib bir bazardır.
FOREX, bilik və təcrübəyə söykənən bir maliyyə bazarıdır. FOREX, əməliyyatlarınızda hər zaman dəqiq məlumatlara və məntiqinizə arxalanmağınızı tələb edən bir maliyyə bazarıdır. Bu bazarın uğurlu iştirakçıları təkcə maliyyə alətlərinə deyil, özlərinə də yatırım edənlər arasından çıxır.
FOREX tədris kurslarına yazılmağa qərar vermisinizsə, deməli ən önəmli addımı artıq atmısınız. Tənqid?! Bəli, tənqid etmək. Həm psixoloji, həm də texniki baxımdan öz zəif nöqtələrini müəyyən edərək təkmilləşdirmə yolunu seçənlər, FOREX bazarında daima uğur qazanalar olurlar.
FOREX bazarında harada olmağınızın və saatın neçə olduğunun önəmi olmadığı üçün yatırımlarınıza hər zaman istiqamət verə bilərsiniz. İnternet bağlantısından istifadə edərək istər komptüreriniz, istər planşetiniz, istərsə də mobil telefonunuz vasitəsilə rahat bir şəkildə ticarət hesabı aça bilərsiniz.
Dünyanın ən böyük və ən yüksək likvidliyə malik FOREX bazarına olan maraq hər ötən gün artmağa davam edir. Bununla yanaşı, FOREX bazarıhaqqında hələ də kifayət qədər məlumat və təcrübəsi olmayanlar bu sahənin etibarlı və ya etibarsız olub olmaması ilə bağlı əfsanələrə inanmaqda davam edirlər.
Hər bir maliyyə bazarında olduğu kimi FOREX bazarında da risk amili mövcuddur. Kredit çiyni dəstəyi vasitəsilə yüksək gəlir əldə etmək imkanı əlbəttə ki, FOREX-in ən cəlbedici üstünlüyüdür. Bu sahədə risk ancaq vəsaitlərin düzgün idarə edilmədiyi zaman əmələ gələ bilər. Bir bazar iştirakçısı kimi maliyyə bazarı haqqında nə qədər dərin biliklərə sahib olsanız, iqtisadi məlumatlara hisslərinizlə deyil məntiqinizlə analiz edib əməliyyatlar icra etsəniz, riskinizi bir o qədər minimuma endirmiş olarsınız. Qısası, FOREX bazarında risk səviyyəsi, bazar iştirakçısının bilik səviyyəsinə və təcrübəsi ilə tərs mütənasibdir.
İnternetin həyatımıza daxil olması və yayılması ilə birlikdə sürətlə inkişaf edən FOREX bazarı da təbii olaraq bir çox sualı da özü ilə bərabər gətirdi. Bir şans oyunu kimi yanaşıb əməliyyatlarında zərər ilə üzləşənlər, hər yaşanan böyük itgidə FOREX bazarının bir şans oyunu olduğuna dair şayiələri yaymağa başladılar.
Yatırımlarınız üçün FOREX bazarında ticarət etməyə üstünlük verdiniz. Dünyanın ən böyük maliyyə bazarında kredit çiyni dəstəyi ilə ticarət edərək, qısa müddətdə yüksək gəlir əldə etmək hər bir bazar iştirakçısının arzusudur. Ancaq FOREXhisslərə əsaslanaraq ticarət etməyi qəbul etməyən məntiqli bir maliyyə bazarıdır. Məhz buna görə də ticarət etməzdən öncə hisslərinizə hakim olmağı, qarşınıza çıxacaq maneələri dəf etmək üçün psixoloji cəhətdən hazır olmalısınız.