Hər şeydən öncə güclü FOREX təhsilinə investisiya edə bilərsiniz.
Bilik gücdür – hamımız bunu bilirik. Əmin olun ki, öyrəndiyiniz biliklər yalnız ticarət performansınızı yaxşılaşdırmaq üçün işləyəcək. Son məqsədiniz zamanla daha çox qazanc əldə etməkdirsə, bu yola öyrənməklə başlamağınız vacibdir. Biz də InvestAZ şirkəti olaraq FOREX-i öyrənmək istəyən hər kəsə dəstək olmaq məqsədilə tamamilə ödənişsiz vebinarlar təşkil edir, fundamental və texniki analiz kurslarımızla bu işi dərindən öyrənmək istəyənlərin yanında oluruq.
FOREX kapitalınızı ağıllı şəkildə idarə edin.
Valyuta bazarları tez-tez yüksək dəyişkənliklə xarakterizə olunduğundan, artan və ya azalan bir qəpik belə bazar göstəricilərini dəyişə bilər. Əgər sizi qazandıran strategiya yaratmısınızsa, mənfəətinizi idarə etdiyinizə də əmin olun. Stop-loss və limit əmrlərindən istifadə edin, açıq mövqelərinizi vaxtında bağlayın. Kapitalınızın hər zaman nəzarətiniz altında olduğuna əmin olun.
Kredit çiyni ilə öz imkanlarınızı artırarkən xüsusilə diqqətli olun.
Kredit çiyni sizə həyata keçirmək istədiyiniz ticarətin həcmini artırmağa imkan verir. Bu, təbii ki sizin qazancınızı artırır, lakin unutmayaq ki, itkilərinizi də artıra bilər. Ciddi maliyyə problemləri ilə üzləşməmək üçün istifadə etdiyiniz kredit çiynini düzgün dəyərləndirdiyinizdən əmin olun.
Gəlirlərə zəmanət verdiyini iddia edən foreks ticarət proqramından istifadədən çəkinin.
Foreks ticarəti üçün proqram təminatı axtarışında olduğunuz halda, zəmanətli gəlir vədlərinə aldanmadığınıza əmin olun. Siz yalnız özünüzün yaratdığınız strategiyalar ilə ticarətdə qazana bilərsiniz. Sizi qalib edə biləcək heç bir avtomatlaşdırılmış foreks ticarət proqramı yoxdur. Varsa, niyə kimsə satsın?!
Emosional ticarətdən çəkinin.
Duyğusal ticarətə yol verməmək üçün daima texniki və fundamental analizləri, günlük xəbərləri izləməlisiniz. Zamanla özünüzə uyğun ticarət taktikası və strategiyası yaradacaq və əsaslı ticarət edəcəksiniz. Yatırımlarınızı hissləriniz deyil, ağlınız idarə etməlidir.