X

FOREX-də ticarət necə həyata keçirilir?

FOREX-də ticarət necə həyata keçirilir?

FOREX və ya hamının FX kimi tanıdığı maliyyə bazarında valyutaların ticarəti ilə yanaşı əmtəə, birja indeksi və səhmlərin ticarəti də həyata keçirilir. Gündəlik əməliyyat həcmi 5 trilyon dolları keçən dünyanın ən böyük maliyyə bazarı olan FOREX, həm kiçik, həm də böyük investorlar üçün münasib bir bazardır.

Beynəlxalq maliyyə bazarı

FOREX bazarında bütün ticarət əməliyyatları internet vasitəsilə həyata keçirilir. Bütün dünya ölkələri bu maliyyə bazarında qoşulduğu üçün FOREX maliyyə bazarının hər hansı bir yerləşdiyi məkanı mövcud deyil. Dünyanın hansı yerində olmağınızdan asılı olmayaraq ticarət etməyiniz üçün bu çox gözəl üstünlükdür.

5 gün 24 Saat ticarət

FOREX bazarı həftə içi 5 gün 24 saat fəaliyyət göstərir. Bir ölkədəki birjanın bağlanması və digər ölkədəki birjaların açılması bazar iştirakçılarına kəsintisiz olaraq ticarət etməyə imkan verir. Sizə tək lazım olan internet bağlantısı, əməliyyatlar icra edəcəyiniz ticarət terminalı və QKDK tərəfindən broker, diler və aktivlərin idarə edilməsi lisenziyasına sahib broker şirkətidir. FOREX ticarəti Bazar günü Bakı vaxtı ilə 02:00-da Sidney birjasının açılması ilə başlayır, Cümə günü axşam Amerika birjasının bağlanmasına kimi davam edir.

Fərqli əməliyyat və Ticarət Terminalları

FOREX bazarında ticarət MetaTrader 4 kimi ticarət terminalı vasitəsilə həyata keçirlir. Əməliyyat açıb bağlamaq və analizləri incələyə biləyiniz üçün bütün bazar məlumatlarının əks olunduğu bu ticarət terminalını masaüstü kompüterinizə, planşetinizə və hətta mobil telefonunuza belə yükləyərək istifadə edə bilərsiniz. InvestOR Yatırım platforması sayəsində isə bütün vəsaitlərinizi tək ekrandan rahatlıqla idarə edə, bazar analizlərini incələyə bilərsiniz.

Qiymət dəyişikliklərindən Gəlir əldə etmək

FOREX bazarının əsası fərqli maliyyə alətlərinin qiymət dəyişikliklərindən faydalanaraq gəlir əldə etmək prinsipinə söykənir. Bu bazarın təqdim etdiyi fərqli gəlir imkanlarından faydalanmaq üçün ilk öncə bazarın əsas xüsusiyyətlərinə sahib olmaq lazımdır. Kredit çiyni dəstəyi vasitəsilə az bir yatırım məbləği ilə daha çox gəlir əldə etmək, bazarın ən cəlbedici üstünlüklərindən biri olsa da, anlıq qərar verib və ya hisslərinizə arxalanaraq ticarət etmək əvəzinə bu sahə üzrə mütəxəssislərin hazırladığı analizlərə və təcrübənizə etibar etməlisiniz. FOREX bazarında yalnız diqqətli və mərhələli şəkildə ticarət edənlər yüksək gəlir əldə edirlər.

Fərqli Maliyyə alətləri ilə Ticarət

FOREX bazarında bir çox maliyyə alətlərinin ticarəti aparılır. Ticarət olunan maliyyə alətləri sırasına valyuta cütlükləri, qızıl, gümüş, neft, buğda kimi əmtəələr, birja indeksləri və səhmlər kimi maliyyə alətləri daxildir. Ancaq ənənəvi ticarət modelindən fərqli olaraq, FOREX bazarında bütün ticarət prosesi internet vasitəsilə həyata keçirildiyindən ticarət etdiyiniz məhsula fiziki olaraq sahib olmursunuz.

Bütün dünya ölkələrinin valyutaları ilə ticarət etməyinizi təmin edən FOREX bazarında ən çox ticarət olunan valyuta şübhəsiz olaraq Amerika Birləşmiş Ştatları dollarıdır. Ən çox ticarət olunan valyuta cütlüyü USD/EUR olmasına baxmayaraq, qızıl və neft kimi əmtəələrdə bazar iştirakçılarının diqqətini cəlb edən maliyyə alətləri sırasındadır. İki istiqamətli alış-satış etmək üstünlüyü sayəsində qiymətlərin enməsindən belə gəlir əldə etməyiniz mümkündür.

Categories: Forex
InvestAZ:
Related Post