X

FOREX Ticarət Terminalının Özəllikləri

FOREX ticarət terminallarının istifadəsi ilk baxışdan mürəkkəb görünsə də, zamanla daha çox inkişaf etdirilərək bazar iştirakçılarının istifadəsi üçün sadələşdirildi. Tək kliklə iqtisadiyyatın hər sahəsindən məlumatlara, gələcəyə dair proqnozlara nail olduğumuz, texniki analizləri apara bildiyimiz, baş verənləri dəqiqəlik, həftəlik, aylıq və illik olaraq görməyə imkan verən FOREX ticarət terminalının qrafikləri, investisiya işlərinizdə ən böyük yardımçınız olacaq.

Əsas özəllikləri

MetaTrader 4 kimi FOREX ticarət terminallarının bazar iştirakçılarına ən böyük üstünlüyü, təlim hesabı açmaq imkanıdır. Real ticarət hesabı, açmadan öncə, təlim hesabı açmağınız, həm terminalını, həm də bazarı tanımağınıza yardımçı olacaqdır. FOREX maliyyə bazarında  real ticarət hesabı açmazdan öncə, təlim hesabı açmağınız tövsiyyə olunur.

Görüntü

Bir çox məlumatları ən rahat şəkildə oxumağln yollarından biri də həmin məlumatları görüntü formasına gətirməkdir. Bazar iştirakçıları tərəfindən MetaTrader 4 ticarət terminalında məlumatların bu formada oxunması geniş yayılmışdır və bu məlumatların görüntü şəklində verilməsi üçün terminalda bir çox alətlər mövcuddur. Bundan əlavə terminalda iqtisadi təqvim və maliyyə xəbərlərini oxumaq üçün xüsusi bölmələr də mövcuddur ki, bu bölmələr vasitəsilə maliyyə bazarının nəbzini tuta bilərsiniz.

Məlumatların rahatlıqla əldə edilməsi

Hesabınızla bağlı məlumatların birbaşa olaraq ticarət terminalının pəncərəsindən əldə edə bilərsiniz. Bundan əlavə eyni pəncərədən əldə etdiyiniz vəsaiti bank hesabınıza məxaric edə və ya hesabınızla bağlı avtomatik olaraq icra etmək istədiyiniz tənzimləmələri həyata keçirə bilərsiniz.

Daşına bilinən özəlliyi

MetaTrader 4 ticarət terminalını cib telefonunuza, planşet və ya masaüstü kompüterinizə yükləyərək zaman və məkan məhdudiyyəti olmadan istədiyiniz yerdən maliyyə bazarlarına qoşularaq ticarət əməliyyatları icra edə bilərsiniz. Bundan əlavə qısa mesaj və ya e-poçt ünvanı vasitəsilə açdığınız avtomatik ticarət əməliyyatının nəticəsi barədə məlumat ala bilərsiniz.

InvestOR fərqi

Tamamilə InvestAZ şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış investisiya platforması olan InvestOR, bütün vəsaitlərinizi tək yerdən idarə etməyə imkan verən yeganə platformadır. Bu platformanın digər bir üstün cəhəti isə açıq əməliyyatlarınızda heç bir dəyişiklik olmadan FOREX hesabınızı 5 dəqiqəyə köçürmə funksiyasının olmasıdır. InvestOR platforması ilə vəsaitlərinizi əvvəlkindən daha rahat şəkildə idarə edəcəksiniz.

Categories: Forex
InvestAZ:
Related Post