Share This Article
Yatırımlarınız üçün FOREX bazarında ticarət etməyə üstünlük verdiniz. Dünyanın ən böyük maliyyə bazarında kredit çiyni dəstəyi ilə ticarət edərək, qısa müddətdə yüksək gəlir əldə etmək hər bir bazar iştirakçısının arzusudur. Ancaq FOREXhisslərə əsaslanaraq ticarət etməyi qəbul etməyən məntiqli bir maliyyə bazarıdır. Məhz buna görə də ticarət etməzdən öncə hisslərinizə hakim olmağı, qarşınıza çıxacaq maneələri dəf etmək üçün psixoloji cəhətdən hazır olmalısınız.
Özünüzü Tanıyın
Necə bir bazar iştirakçısısınız? Daha da önəmlisi, ümumiyyətlə necə bir xarakterə sahibsiniz? Hirsli, əsəbi, utancaq, təlaşlı. Bütün bunlar ticarət strategiyanızı formalaşdırarkən nəzərə almağınız vacib olan xüsusiyyətlərdir.
Nə qədər zərər etməyi gözə ala bilərsiniz?
Bəli, bu sualın cavabını dəqiq vermək lazımdır və FOREX bazarında ticarətə başlayarkən, mütləq həmin məbləğlə başlayın. Bu, Sizin irəlidə yaşayacağınız hər hansı bir zərər və maddi itki ilə üzləşdiyiniz zamanda sakitliyinizi qorumağa kömək olacaq.
Əlavə bir B planınız olsun
Strategiyanızın düzgünlüyünə nə qədər əmin olsanız belə, unutmayın ki, işlərin hər zaman tərs getmə ehtimalı mövcuddur. Gözlədiyinizin tam əksinin baş verdiyi halda, necə hərəkət edəcəyinizi, ticarətə başlamadan öncə müəyyən etməyiniz lazımdır.
Stabilliyinizi Qoruyun
FOREX bazarında ticarətə başlamadan öncə stabil olaraq hərəkət edəcəyinizi qarşınıza məqsəd qoyun. Unutmayın ki, nə qorxularınızın, nə də ki, əsəbləşməyinizin Sizə heç bir faydası olmayacaq. Müvəffəqiyyətli bazar iştirakçısı öz stabilliyini qoruyan iştirakçıdır.
Böyük xəyallar qurmayın
Kredit çiyni dəstəyi bir çox bazar iştirakçılarının bir anda yüksək gəlir əldə edəcəkləri fikrinə düşməsinə səbəb olur. İlkin olaraq bu doğru olsa da, bu fikri ağlınızdan çıxarın və səbrli davranın. Hər zaman vəsaitlərinizin 10% – 20%-i aralığındakı bir məbləğlə ticarət etməyə çalışın.
Tələsik Hərəkət etməyin
Tək bir meyara əsaslanaraq dərhal ticarətə başlamayın. Əməliyyat açmadan əvvəl bir neçə siqnalı bir arada dəyərləndirin. Sizin üçün əlverişli görünən bir vəziyyət, digər göstəricilər ilə bir araya gəldikdə zərər nəticələnə bilər. Tələsik əməliyat etməkdən çəkinin.
Əsəblərinizə hakim olun
Zərər etməyə başladığınız zaman bunu qəbul edib əməliyyatı bağlamalı,gəlir əldə etməyə başladığınız zaman isə strategiyanıza sadiq qalmağınız, bir anda yüksələcək olan ambisiyalarınıza qarşı ən yaxşı tədbirdir.
Təcrübənizə arxalanın
Unutmayın, FOREX bazarında müvəffəqiyyətli olanlar zamanla təcrübə qazanmış, bazarın əsas prinsiplərinə hakim olmuş, etdiyi səhvlərdən nəticə çıxarmış, stabilliyini qoruyan və duyğuları ilə deyil, məntiqi ilə hərəkət edən bazar iştirakçılarıdır. Siz də təcrübənizə arxalanın və inamlı addımlarla ticarət edin.