Site icon InvestAZ Blog

“Hər yerdə qarşımıza çıxan bu Forex nədir axı?” deyənlərə 7 maddədə izah edirik.

Forex nədir axı?

Forex nədir axı?

Hər yerdə, hər reklamda, hər yazıda qarşımıza çıxan bu Forex nədir axı? Nədir onu belə xüsusi edən? Bu qədər məşhur olmasının səbəbi nədir?” deyə düşünənlər məqaləmizə xoş gəldiniz!
Forex bazarı ilə əlaqədar gördüyünüz reklamlar, bir müddətdən sonra diqqətinizi çəkməyə başlayır. Çünki, indiki dövrdə hamımız daha çox pul qazanmaq istəyirik və reklamlardan eşitdiyimiz qədəriylə Forex bazarı da bunu təmin edir. Avro, dollar, neft və qızıl kimi investisiya alətlərini alıb satmaqla pul qazana biləcəyimiz deyilir. Bəs bunların real olduğunu haradan biləcəyik?
Bu gün hətta televiziya reklamlarında da görməyə başladığımız Forex dünyanın ən böyük bazarıdır. Burada edəcəyiniz doğru alış – satış əməliyyatları nəticəsində pul qazana bilərsiniz. Bəziləriniz Forex-də pul itirən insanlar haqqında eşitmiş ola bilərsiniz. Bu səbəblə uzaq dayanmaq fikrinə düşə də bilərsiniz. Əslinə baxsaq, Forex haqqında məlumatsızlıq səbəbi ilə bu mövzuda nə düşünəcəyinizi tam olaraq bilməyə bilərsiniz. Bu vəziyyət yalnız Forex üçün deyil, digər bütün mövzular üçün də belədir. Bilmədiyiniz bir mövzu üçün doğru şərh etmə ehtimalı daha azdır. Bütün bunları nəzərə alaraq sizinlə davamlı qarşınıza çıxan Forex haqqında ən əsas məlumatları bölüşmək istəyirik.

Forex sadəcə bir reklam məhsuludur, yoxsa həqiqətən qazanc məhsulu?

Forex ilə bağlı bəzi söz-söhbətlər, sizi ‘görəsən bu realdırmı?’ deyə düşündürə bilər. Əlbətdə ki, Forex real bir bazardır. Müəyyən bir mərkəzi yoxdur. Çünki, Forex bazarı dünyanın hər yerindən idarə olunur və buna görə də qlobaldır. Əməliyyatlarınızı dünyanın hər yerindəki investorlarla eyni yerdə edirsiniz. Bir sözlə, Forex, dünyanı əhatə edən bir bazardır. Siz də internetə əlaqəli kompüter və ya smartfonlarınız vasitəsilə bazara bağlanaraq əməliyyatlarınızı həyata keçirə bilərsiniz. Forex, böyük bir yoxlama mexanizminə sahib olan və dünyanı əhatə edən bir bazardır.

Burada kimlər yatırım edə bilirlər?

Forex bazarında hər kəsin investisiya edə biləcəyini bəlkə də eşitmisiniz. Bəli, sizin yaşınız 18 yaşdan yuxarıdırsa bu bazarda vəsaitlərinizi dəyərləndirə bilərsiniz.

“Kiçik vəsaitlə böyük qazanc” sadəcə bir sloqandır yoxsa …?

Forex bazarının sizə verdiyi üstünlüklərdən biri də kredit çiynidir. Belə ki, sizin vəsaitiniz bu bazarda 30 qat daha dəyərlidir. Yəni siz burada həqiqətən də kiçik bir vəsaitlə böyük qazanc əldə etmə imkanına sahibsiniz. Ancaq bununla yanaşı ticarətinizdə diqqətli olmalısınız, çünki, kredit çiyni eyni nisbətdə riskləri də artırır.

Bu yatırımı necə edəcəyik?

Necə yatırım edildiyi mövzusunu da maraqlandığınızı bilirik. Bu əməliyyatlar çox sadə bir məntiqlə həyata keçirilir. Məsələn; dolların yüksələcəyini proqnoz etdyiniz zaman, bir valyuta məntəqəsinə gedərək cibinizdəki manat ilə dollar alırsınız. Daha sonra dolların qiyməti qalxanda təkrar valyuta məntəqəsinə gedərək həmin dolları manata dəyişirsiniz və daha çox manat əldə etmiş olursunuz. Bu əməliyyatları Forex bazarında eyni şəkildə edirsiniz. Yəni, Forex bazarında da dolların yüksələcəyini düşündüyünüz zaman alış edirsiniz. Əlavə olaraq Forex bazarında dəyər itirən investisiya vasitəsiylə satış istiqamətində də əməliyyat etmə imkanınız vardır. Buna cüt istiqamətli əməliyyat üstünlüyü də deyilir.
Forex əməliyyatlarınızı kompüter və ya telefon üzərindən asanca edə bilərsiniz. Olduqca sadə bir şəkildə istifadə edəcəyiniz ticarət platforması üzərindən al – sat əmrlərinizi verəcəksiniz. Bu platformadan necə istifadə edəcəyinizi öyrənmək üçün təlim videoları var. Bu videolardan faydalanaraq, Forexdə investisiya əməliyyatlarının necə edildiyini asanca öyrənə bilərsiniz.

Bu işə başlamaq üçün nə qədər pul lazımdır?

Forex bazarına investisiya qoymaq üçün minimum 100 dollara ehtiyacınız var. 100 dollardan başlayaraq istənillən məbləğdə vəsait yatıra bilərsiniz. Bu tamamilə sizin seçiminizdən asılıdır.
Forex bazarı üçün nə qədər pula ehtiyacınız olduğundan daha çox, necə bir yatırım məqsədinə sahib olmağınız əhəmiyyətlidir. Yəni, yalnız pul qazanmağı düşünməklə əməliyyatlarınızı həyata keçirmək yerinə, müəyyən bir hədəf istiqamətində irəliləməlisiniz.

Nə qədər vaxta qazanmağa başlayacağam?

Forex bazarı ilə bağlı bir az məlumat topladıqdan sonra yəqin ki, maraqlandığınız sual bu olacaq. Çünki, hamımız pul qazanmaq istəyirik. Nə qədər müddət sonra pul qazanmağa başlaya biləcəyimiz tamamilə sizə bağlıdır. Nəticədə hər kəsin müəyyən bir öyrənmə tutumu və üsulu vardır. Buna uyğun olaraq hərəkət edib, lazımi mövzuları öyrəndikdən və təcrübə qazandıqdan sonra pul qazanmağa başlaya bilərsiniz. Ancaq tövsiyə edirik ki, tələsməyəsiniz. Özünüzü bazara hazırlamalı və təcrübə qazandığınızdan əmin olmalısınız. Analiz, bazar təqibi və proqnozlar kimi mövzuları tam mənasıyla öyrənməlisiniz. İnvestisiya vasitələrini ətraflı bir şəkildə tanımalı, qiymət hərəkətinin nəyə görə reallaşdığını anlaya bilən olmalısınız. Ancaq bu şəkildə Forex bazarında etdiyiniz əməliyyatlardan pul qazana bilərsiniz. Bu prosesin nə qədər çəkəcəyi isə tamamilə sizə bağlıdır.

Bəzi insanların itirmə səbəbi nədir?

İnternetdə Forex haqqında araşdırdıqda qarşınıza bəzi itirən insanların neqativ fikirləri çıxa bilər. Forex-dən neqativ fikirli danışan kəsləri görə bilərsiniz. Buna görə yaşanan itkilər üzərinə edilən araşdırmaların nəticəsini iki cür olaraq qeyd edirik.. Birincisi, bilik və təcrübə olmadan edilən əməliyyatlardır. İkincisi, pul qazanmaq istəyi ilə edilən yanlış ticarətdir. Forex bazarında uğur qazanmaq üçün həm sağlam bir psixologiyaya, həm də yaxşı bir təcrübəyə ehtiyac vardır.

Bazarı tam bilmədən müvəffəq ola bilməzsiniz. Bazarda baş verən hər dəyişikliyə hakim olmağınız lazımdır. Qiymət hərəkətliliklərini proqnoz etməyi və buna uyğun mövqe tutmağı bacarmalısınız. Həyəcanlanmamalı, çaşqın olmamalı və pul qazanmağa tələsməməlisiniz. Əməliyyatlarınızı sakit idarə etməyi öyrənməlisiniz. Bu vəziyyət, əldə edəcəyiniz təcrübə ilə birlikdə inkişaf edəcəkdir. Təcrübə qazanmaq üçün isə virtual pul ilə əməliyyat edilən demo hesabları istifadə etməyinizi tövsiyə edirik.

Exit mobile version