Share This Article
Marjinal ticarət haqqında kifayət qədər məlumatı olmayan biri üçün “uzun müddətli” əməliyyatlar qeyri-müəyyən bir anlayışdır. Çünki, təcrübə sahibi olmayan bir investor bu platformanın sürətli və qısa müddətli alış-satış əməliyyatı olduğunu zənn edir. Amma skalpinq kimi bildiyimiz bu vəziyyətin davamlı şəkildə aparılması məsləhət görülən bir proses deyil. Bəs, anlıq əməliyyatlardan ibarət olduğu kimi vurğulanan Forex bazarında uzunmüddətli yatırım necə baş verir?
Forexdə 3 Müddət Növü
Yığımlarınızı dəyərləndirdiyiniz birja, xəzinə sənəti, istiqraz və s. kimi yatırımlar da müəyyən müddətə bağlı olur. Yatırım etdiyiniz şəxs və ya qurumlar da əllərində olan bu yatırımı ən yaxşı şəkildə dəyərləndirməyə çalışırlar, bu da “iqtisadiyyatın inkişafı” nöqteyi-nəzərdən çox əhəmiyyətli prosesdir. Bu cür yatırımlarda qısamüddət dedikdə 5 günlə 2 həftə arası, ortamüddət dedikdə 2 həftə ilə 2-3 ay arası, uzunmüddət dedikdə isə 3-6 ayla 1-2 il arası nəzərdə tutulur.
Forex bazarındakı investor üçün isə qısa müddət bir neçə gün, orta müddət bir neçə həftə, uzun müddət isə bir neçə aydır və buradakı “bir” sözü Forexin ən diqqət çəkən məqamıdır. Bu platforma mədəniyyətinin ayrılmaz bir hissəsi, tez dəbdən düşən dəbi olması ilə yanaşı, dinamikliyi və asanlıqla idarəedilən likviditliyə sahib olduğu üçün qısa müddətli yatırımlara çox üstünlük verilir. Digər yatırım kanallarında istifadə edilən likviditlik daha az hərəkətli və anlıq dəyişmələri olmayan yollara istiqamətləndirildiyi təqdirdə, marjinal ticarətdə yatırım olunan müddət aralığı bu investisiyanın uğurunda birbaşa rol oynayır.
Uzunmüddətli Forex
Bəs yatırımlarımızı istiqamətləndirərkən müddət növlərini necə ayırd edəcik?
İlk əvvəl, bu bazarı araşdırmaq və daxil olmaq üçün xüsusi təhsil sahəsi və ya universitet olmadığına görə özünüzü çox yaxşı şəkildə yetişdirməlisiniz. Hər bir şəxsin əlindəki yatırım dəyərlidir. Bu yatırımı marjinal ticarətdə istifadə etmək risk və onun qarşılığında yüksək mənfəət və zərər formalaşdırır. Mənfəət və zərərin yatırım müddət ilə heç bir əlaqəsi yoxdur. Uzunmüddətdə daha çox mənfəət, qısamüddətdə daha çox zərər və ya bunların tərsi kimi ifadələr istifadə olunmur.
Qısa müddətdən nə fərqi var?
Forex bazarında uzun müddətli yatırım etdiyiniz zaman qısa müddətli yatırım edən investorlar qədər bazarı təqib etdəyinizə ehtiyac yoxdur. Qısa və orta müddətli yatırımda ortaya cıxacaq səviyyədə risklə qarşılaşmayacaqsınız. Amma qısa və uzun müddətli fürsətlərin qarşınıza çıxma şansı eynidir.