X

FOREX-də təcrübə qazanmağın 5 yolu

FOREX-də təcrübə qazanmağın 5 yolu

Maliyyə bazarında təcrübə qazanmaq, bazar iştirakçısını uğura aparan ən önəmli pillədir. FOREX bazar iştirakçısı, bazarı analiz etdikdən sonra hansı qiymət səviyyələrində alqı-satqı edəcəyinə qərar verir. Kənardan bu proses asan görünsə də, əslində bu işin arxasında böyük bilik və təcrübəyə əsaslanır. Bazarları doğru analiz etmək, ticarət edəcəyiniz maliyyə alətlərini təqib etmək, maliyyə alətinin qiymətinə təsir edən faktorları, qrafikləri şərh etmək kimi qabiliyyətinizin olması əsas şərtdir.

Təlim Hesabı

Risk etməmək və FOREX-də təcrübə qazanmaq üçün PULSUZ Təlim Hesabı aça bilərsiniz. Lisenziya əsasında fəaliyyət göstərən broker şirkətləri tərəfindən təqdim olunan pulsuz təlim hesabı ilə real birja şərtləri əsasında virtual pul ilə ticarət edə bilərsiniz. Real vəsaitlərinizlə risk etmədən təlim hesabında rahat şəkildə özünü inkişaf etdirə bilərsiniz. Dünyanın ən böyük maliyyə bazarında, bütün bazar iştirakçılarının eyni şəraitdə necə hərəkət etdiyini öyrənəcəksiniz.

Təlim hesabında yol verdiyiniz səhvlər Sizi inkişaf etdirəcək və gələcək də real ticarət hesabında daha az səhvlərə yol verməyinizə imkan yaradacaq. Təlim hesabı ilə fərdi ticarət strategilarınızı formalaşdırıb, maliyyə bazarında daha çox gəlir əldə etmək imkanından faydalana bilərsiniz.

FOREX Tədris proqramları

Lisenziya əsasında fəaliyyət göstərən broker şirkətləri tərəfindən təşkil olunan PULSUZ tədris proqramları sayəsində FOREX bazarı haqqında çox geniş məlumatlara malik ola bilərsiniz. Broker şirkətlərinin mütəxəssisləri tərəfindən hazırlamış tədris kitabları və video dəsrsliklər bütün təməl biliklərə sahib olmağınıza kömək edəcək. Pulsuz FOREX seminarına qatılaraq Sizə qaranlıq qalan sualları mütəxəssislərə ünvanlaya bilərsiniz.

Maliyyə bazarlarının izlənilməsi

Maliyyə bazarında ticarət etməyə qərar vermisinizsə, bu bazarı daima təqib etməlisiniz. Bazarda baş verən dinamikliyi, qiymətlərin necə və haradan təsirləndiyini, inflyasiya və faiz dərəcələri haqqında məlumatları izləməklə, əmtəə və valyuta qiymətinin yüksələcəyini və ya enəcəyinə dair ip ucları əldə edə bilərsiniz. Təcrübəli bazar iştirakçısı, qısa müddət ərzində bazarı analiz edir və ona gəlir gətirə biləcək nöqtələri vaxtında müəyyənləşdirir.

Analizlər

Maliyyə alətlərinin qiymətlərinə təsir edən hadisələrin maliyyə alətinin qiymətinə necə təsir edən və keçmiş qiymət hərəkətliliyini göstərən texniki analizlərə diqqət etməlisiniz. Keçmişdəki qiymət dəyişikliyindən müəyyən qədər təsirlənən qiymətlərin bu gün də bənzər şəkildə dəyişdiyi müşahidə olunur. Hər zaman olmasa da əsasən doğru çıxan bu göstəricilər təqib edilməlidir.

Səbr

Tərcübəli bir bazar iştirakçısı öz ovunu səbrli bir şəkildə gözləyir. Səbrsiz və tələsik davranmağınız zərərlə nəticələnə bilər. Bazarı izləmək, dəyişiklikləri analiz etmək, səbrlə doğru mövqeyi gözləmək və hərəkətə keçmək lazımdır.

Categories: Forex
InvestAZ:
Related Post