Share This Article
FOREX maliyyə bazarında iştirak etmək üçün araşdırmalara başladığınızda ağlınıza gələcək ilk sual “FOREX-də bazarın riski varmı?” olacaqdır. İlk ağlınıza gələn sualın cavabı isə FOREX bazarının hərəkətli və yüksək gəlirli bir sistem olması ilə bağlıdır. Ənənəvi investisiya sahələrindən fərqli olaraq yüksək volatilliyə malik olan FOREX bazarında, vəsaitlərinizi düzgün idarə etdiyiniz təqdirdə, iki istiqamətli əməliyyatlar və kredit çiyni dəstəyi ilə fərqli gəlir imkanları dünyasının qapısını açacaq. Bu vəziyyətdə ağlınıza gələcək ikinci sual “FOREX-də risklərdən necə qoruna bilərəm?” olacaqdır. Bu sualını cavabı sadədir: “ Forex-də risklərdən qorunmaq Sizin əlinizdədir ”. Bu bazarda yalnız bilik səviyyəsi yüksək olan, dəqiq faktlar əsasında hərəkət edən, araşdırmağı sevən bazar iştirakçıları risklərdən uzaq durmağı bacarırlar. FOREX bazarında risklərdən uzaq duraraq uğurlu ticarət etməyin bir neçə şərti var. Manipulyasiya təhlükəsi olduqca aşağı olan və bununla da bazar iştirakçısında etibar yaradan FOREX bazarının bəzi şərtlərinə diqqət edək.
Risklərin ən çox sevdiyi bazar iştirakçısı: Tələskən Treyder
Bəzi bazar iştirakçılarının yuxularını bəzəyən “bir gecədə yüksək gəlir əldə etmək fikri”, risklərin artmasına təkan verən əsas səbəbdir. Utopik xəyallar quran və maliyyə bazarında ticarətə bir şans oyunu kimi yanaşan bazar iştirakçısı mütləq böyük bir riskə girəcəkdir. Bu yanaşma heç də cəsarət göstəricisi deyildir. Hər hansı bir əməliyyat icra etmədən bir-birinə təsir edən və ya zəiflədən indeksləri yaxşı incələmək, bazar iştirakçısı üçün çox əhəmiyyətlidir. Xüsusilə təcrübəsiz bazar iştirakçıları, təlim hesablarında istifadə etdikləri virtual vəsaitlər ilə aldıqları riskləri real hesabda tətbiq etmək istəyəcəklər. Bəzən FOREX bazarı qoruyucu münasibət bəsləyərək, təhlil, məlumat yığımı və bazarı analiz etməyi tələb edir. Əmr növlərinin, kredit çiyni dəstəyinin və bazarda dalğalanmaların hansı mənanı verdiyini bilmədən ticarət edib, dərhal nəticə əldə etmək uğurlu bir addım olmayacaq.
Kredit çiyni dəstəyinin məntiqini anlamaq
Forex-də bazarı ən üstün cəhəti kredit çiyni dəstəyinin olmasıdır. 1:100 kredit çiyni dəstəyi vəsaitlərinizin 100 qatı həcmində böyük əməliyyatlar icra etməyinizə imkan verən bu sistem, Forex-də bazarın əsas üstünlüklərindən biridir. Kredit çiyni dəstəyi bazar iştirakçısı tərəfindən doğru istifadə edildikdə, gəlir, yanlış istifadə edildikdə isə risk və zərər gətirir. Bazarda uğursuzluqlarla üzləşməmək üçün kredit çiyni dəstəyinin məntiqini anlamağınız lazımdır. Kredit çiyni dəstəyindən doğru istifadə etməyiniz riskinizi artırmağınıza və ya azaltmağınıza təsir edir. Fundamental və Texniki analizlərin nəticəsi əsasında çıxan nəticələrə fokuslanaraq kredit çiynin həcmini müəyyən etmək, ani baş verən qiymət sıçrayışlardan çəkinmək və təbii ki, stop loss ticarət əmrini istifadə etmək ticarətin əsas şərtlərindəndir.
Başqaları sussun, Analizlər Danışsın.
Ticarət hesabınızla icra edəcəyiniz əməliyyatlar dəqiq faktlara əsaslanmalıdır. Sıx araşdırmalar nəticəsində etdiyiniz analizlərin işığında hərəkət etmək əvəzinə, şparqalka adı altında qulağınıza pıçıldanan şayələri mühakimə etmədən qəbul etmək, sərmayənizi təhlükəyə atmağın ən qısa yolunu seçməyin. Bazarları analiz etməyi və rasional qərarlar verməyi sevən FOREX bazarı, riskləri özünüzə yaxın bilmədiyiniz zamana qədər üzünüzdə təbəssüm yaradacaq gəlirli bir maliyyə bazarı olaraq qalacaq.