Share This Article
İçərisində olduğumuz maliyyə bazarlarında yaranmış olan qavrayış, FOREX-də zərər etmə riskinin çox olduğunu istiqamətindədir. FOREX-də nə zaman zərər edirsiniz? Əsas bu problemin cavabını verməkdir. Zərər edənlər arasında deyil mənfəət əldə edən bazar iştirakçılarının arasında yer almaq üçün görülməsi lazım olan əsas istiqamətlər var. Məhz bu istiqamətlərdən istifadə etdikdə, FOREX maliyyə bazarında itkiyə yol verməməyin qarşısını almış olacaqsınız.
Təməl biliklərin aşağı olması
Qısa zamanda yüksək gəlir əldə etmək və sərməyinizdən bir neçə dəfə böyük həcmlər əldə etməyi hədəf ala bilərsiniz. FOREX bazarında ümumi olaraq, bazar iştirakçıları yüksək kredit çiyni ilə ticarət etməyə təşviq olunur və başlanğıcda istifadə etdikləri kiçik məbləğlər ilə yüksək gəlir əldə olunmasına sövq olunur. Əslində kiçik vəsaitlə daha çox gəlir əldə etmək mümkündür. Amma bu kiçik məbləğlər qarşılığında zamanla gəlir əldə etmədiyinizdə, özünüzü daha çox stresə atmayın. FOREX maliyyə bazarına yatırım edərkən bu cür sıxıntılardan yan keçmək üçün az miqdarda vəsaitlə deyil, nisbətən yuxarı məbləğdə yatırım edərək kiçik ticarət həcmləri ilə ticarət edin.
Uğursuzluq risklərinizi idarə etmədiyiniz zaman gəlir
Uğur istənilən və gözlənilən hər işdə risk amilinin olduğu unudulmamalıdır. Siz çox istedadlı bir bazar iştirakçısı ola bilərsiniz, amma bu vəziyyətin içərisində risklərinizi düzgün idarə edə bilmirsinizsə, nəticədə yenə də zərər edən insan Siz olacaqsınız. Çünki yatırım edərkən, önəmli olan hər zaman daha çox gəlir əldə etməklə yanaşı, əlində olan vəsaiti qoruya bilməkdir. Bunun üçün isə istədiyiniz səviyyəyə çatdıqda özünüzə STOP deməyi bacarmaqdır.
Tamahkarlıq etməyin
Bəzi bazar iştirakçıları meydana gələn bütün dalğalanmalar üçün bir əməliyyat açmaq üçün bazara girirlər. Bu vəziyyətdəki bazar iştirakçılarının ağlında FOREX bazarında hər gün mütləq gəlir əldə edilməsi fikridir. Yəni hər an bir əməliyyat icra edərək sürətli yüksəliş trendinə girərək özlərini stresə salır, vəsaitlərini isə riskə atmış olurlar. Çıxış yolu isə sadədir. Öncədən müəyyən bir gəlir məbləği hədəfləyərək, hər əməliyyat icra etdikdən ona riayət etməlisiniz. Çünki FOREX maliyyə bazarı sürətli dinamikaya malikdir. Hər fürsəti gəlirə çevirmək əvəzinə, Sizi gözləyən fürsətləri gəlirə çevirməyiniz məsləhət görülür.
Tərəddüdlərə son qoymalısınız
Yatırım edərkən bəzi vəziyyətlərdə icra etdiyiniz əməliyyatlara görə peşmançılıq hissi keçirə bilərsiniz. Bu, adətən icra etdiyiniz əməliyyatdan hər hansı bir gəlir əldə edə bilmədiyiniz hallarda içinə düşdüyünüz bir duyğudur. Bu vəziyyətdə çox insan olduğu vəziyyəti dəyişdirir və əl çəkir. Əslində bu kimi hallarda etməyiniz lazım olan, icra etdiyiniz əməliyyata sahib çıxmağınız lazımdır. Çünki hər bir risk içərisində mütləq eniş və yüksəliş üçün yol vardır. Əsas odur ki, həmin eniş və yüksəlişləri dorğu təyin edəsiniz.