Dünyanın ən böyük və ən yüksək likvidliyə malik olan maliyyə bazarına xoş gəlmisiniz! Bu vaxta qədər FOREXhaqqında həm mənfi, həm də müsbət bir çox əfsanələr eşitmisiniz. Ancaq artıq FOREX bazarının da bir riyazi tənlik kimi dəqiq faktlara əsaslandığını, nə əfsanələrə nə də ki, şansa bağlı olmadığını bilirsiniz. Vəsaitlərinizi dəyərləndirəcəyiniz bu bazarda Sizə yol göstərəcək olan FOREX-də gəlir əldə etməyin 10 qızıl qaydası:
-
Bazarlara Hakim Olun
FOREX bazarının terminalogiyasından başlayaraq iqtisadi məlumatlar, analizlər və qrafiklərin düzgün oxunmasına qədər hər mövzuda biliklərinizi artırın və FOREX təlim hesabı açaraq təcrübənizi artırın.
-
Kredit çiyni dəstəyinin sehrinə düşməyin
Nə qədər yüksək kredit çiyni ilə alış-satış əməliyyatları icra etsəniz, üzərinizə bir o qədər çox risk götürmüş olacaqsınız. Aqressiv ticarət formasından uzaq durun və ticarətinizi kiçik kredit çiyni ilə başlayaraq artırın.
-
Gəlirinizin sabit olmasını hədəfləyin
Qısa bir zamanda yüksək gəlir əldə etmək əvəzinə, diqqətli və tədbirli şəkildə əməliyyat icra etməyə çalışın. Önəmli olan hər gün əldə edəcəyiniz kiçik mənfəətin sabit olmasıdır. Uğurlu bazar iştirakçısı olmağınız üçün, əsas vəsaitinizin 10% – 20% aralığında gəlir əldə etməyiniz kifayətdir.
-
İşinizi şansa buraxmayın
FOREX bazarına daxil olduğunuzda bir çox fikir və izahlarla qarşılaşacaqsınız. Ancaq işinizi şansa buraxmayın. Şəxsi fikir və strategiyalarınıza əmin deyilsinizsə, sahə üzrə mütəxəssislərin köməyindən istifadə edin.
-
Əməliyyatı nə zaman bağlayacağınızı bilin
Zərər etməyə başladığınız zaman bunu qəbul edin və əməliyyatınızı bağlayın. Zərərinizi mənfəətə çevirmək ümidi ilə daha çox əməliyyat etməyin.
-
Əməliyyatınıza Sadiq Qalın
Əməliyyat icra etmədən öncə FOREX strategiyanıza uyğun olaraq giriş və çıxış səviyyələrinizi müəyyən edin. Mənfəət əldə etməyə başlasanız belə strategiyanıza sadiq qalaraq əməliyyatınızı bağlayın.
-
Mənfəət əldə etdiyiniz zaman Təmkinli Olun
Bazar iştirakçısının asanlıqla düşdüyü vəziyyətlərdən biri də mənfəət əldə etməyə başladığı zaman lot sayını artırmasıdır. Əvvəlcədən təyin etdiyiniz strategiya necədirsə, ona uyğun olaraq əməliyyatınızı bağlayın.
-
Nizam intizamınızı qoruyun
Forex-də gəlir əldə etmək istəyirsinizsə, hər şeyin qurduğunuz strategiyaya bağlı olduğunu unutmayın. İcra etdiyiniz bütün əməliyyatlarda eyni nizam intizamı qorumağa çalışın. Unutmayın, həyəcanla icra etdiyiniz bir əməliyyat, böyük zərər etməyinizə səbəb ola bilər.
-
Peşəkar broker şirkəti ilə əməkdaşlıq edin
Müvafiq qurumlar tərəfindən lisenziyasına malik və peşəkar komandası olan broker şirkətləri ilə əməkdaşlıq edin. Sizə gəlir əldə etmək üçün daim yardım edəcək mütəxəssisləri olan və gün ərzində analizləri ilə Sizə dəstək olacaq bir broker şirkətinə üstünlük verin.
-
Tədris kurslarına qatılın
FOREX-in getdikcə böyüyən bazarında irəliləmək ancaq inamlı addımlar etməklə mümkündür. Sistemin bütün incəliklərinə hakim olmaq və bazar üzərindəki gücünüzü artırmaq üçün FOREX tədris kurslarına yazılaraq özünüzü inkişaf etdirin.