Site icon InvestAZ Blog

FOREX-də ən çox ticarət olunan valyuta cütlükləri

Beynəlxalq maliyyə bazarı olan FOREX-in diqqət çəkən əsas xüsusiyyətlərindən biri burada dünya ölkələrinin pul vahidləri ilə ticarət etməyin mümkün olmasıdır. Maliyyə bazarında bu “Valyuta Cütlüyü” adlanır. Valyuta cütlükləri bir ölkənin pul vahidinin, başqa bir ölkənin valyutasına qarşı dəyəri mənasını ifadə edir. Əslində hər birimiz valyuta cütlüyü məsələsi ilə tanışıq. “Dolların məzənnəsi nə qədərdir?” sualını həyatınız boyu dəfələrlə vermisiniz. Bu sual dolların avroya qarşılığı, yəni valyuta cütlüyü anlamına gəlir. Valyuta mübadiləsi məntəqələrində həyata keçirilən bu əməliyyatlar, beynəlxalq valyuta bazarında icra olunan ticarət əməliyyatları ilə eynidir. Burada tək fərq, FOREX vasitəsilə həyata keçirilən valyuta ticarət əmrlərinin internet üzərindən olmasıdır. Yəni bazar iştirakçıları vəsaitlərə fiziki olaraq sahib olmurlar, balanslarına mədaxil etdikləri vəsait ilə ticarət edərək gəlir əldə edir, sonra isə həmin vəsaiti məxaric edirlər.

Valyuta cütlükləri nəyə əsasən təsniflənir?

Pul vahidlərinin xüsusiyyətlərini təyin edən faktor, ölkələrin iqtisadi vəziyyətləridir. İqtisadiyyatı inkişaf etmiş ölkələr və bu inkişafı davamlı hala gətirən ölkələrin pul vahidləri “əsas valyuta cütlükləri”, iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrin pul vahidləri isə “eqzotik valyuta cütlükləri” adlanır. Ticarət edilən valyutaların biri əsas, digəri eqzotik valyuta cütlüyü olması, bir çox bazar iştirakçılarının ən çox üstünlük verdikləri ticarət formasıdır. Bununla yanaşı, dünya treyderləri, ticarət həcmi yüksək olan valyuta cütlüklərinə də üstünlük verirlər. Aşağıda ən çox ticarət olunan valyuta cütlükləri ilə tanış ola bilərsiniz.

USD/JPY Valyuta cütlüyü

Amerika dolları ilə Yapon yeninin birləşəsindən formalaşan valyuta cütlüyüdür. Alqı-satqı əməliyyatlarından əldə edilən mənfəət və zərər, yapon yenində dəyərləndirilir. Hər iki ölkənin iqtisadiyyatını  güclü olması səbəbi ilə yüksək dəyərə sahib bu pul vahidləri ilə qısa müddətdə yüksək gəlir əldə etmək mümkündür. Ancaq bu valyuta cütlüyü yüksək gəlir gətirməklə, yanaşı yüksək risk səviyyəsinə də malikdir. Yüksək əməliyyat həcminə malik olan bu valyuta cütlüklərində tez-tez dalğalanmalar baş verir. Bunun üçün hər iki ölkədə baş verən hadisələri müntəzəm olaraq izləmək və onların valyuta cütlüyünə necə təsir edəcəyini araşdırdıqdan sonra əməliyyat icra etmək tövsiyyə olunur.

EUR/USD Valyuta cütlüyü

Avronun dollara qarşı olan dəyəri EURUSD cütlüyüdür. Ticarət həcmi ən yüksək olan bu valyuta cütlüyü dünya valyuta ticarətinin 85%-ni təşkil edir. Əldə ediləcək mənfəət və zərər Amerika dolları tərəfindən ödənildiyi üçün, Amerika iqtisadiyyatında baş verən hadisələr böyük maraqla izlənilir. Bu valyuta cütlüyünün qiymət dalğalanması çox gözlənilməzdir. Bu cütlük beynəlxalq Maliyyə bazarında ticarət edən təcrübəli treyderlərin ən çox üstünlük verdiyi valyuta cütlüyü hesab olunur.

GBP/USD Valyuta cütlüyü

İngilis funt sterlinqinin Amerika dollarına qarşı olan dəyəri GBPUSD valyuta cütlüyüdür. Güclü iqtisadiyyatı ilə tanınan İngiltərə cütlüyün istiqamətini müəyyən edən tərəfdir. Maliyyə bazarı iştirakçılarının üstünlük verdiyi bu valyuta cütlüyünin qiymətlərini müəyyən edən İngiltərənin iqtisadiyyatına təsir edəcək hadisələri və makroiqtisadi məlumatları detallı olaraq təqib edilməlidir.

EUR/JPY Valyuta cütlüyü

Ticarət həcmi olan digər bir valyuta cütlüyü də Avro Yapon yeni cütlüyüdür. Bu cütlük, son illərdə sürətlə dəyər qazanmaqda davam edir. EUR/JPY cütlüyündə, Avro əsas valyuta, Yapon yeni isə kross valyutadır. Bu valyuta cütlüyü ilə ticarətdə, avronun Amerika dolları qarşısında dəyər itirməsi, gəlirli bir əməliyyatların qapısını aça bilər.

AUD/USD Valyuta cütlüyü

Uzunmüddətli yatırım etməyi sevənlər üçün ən məhşur valyuta cütlüyü Avstraliya dolları /Amerika dollarıdır. Əldə edilən mənfəət/zərər Amerika dolları dəyərində hesablanır. Bu cütlük digər valyuta cütlükləri ilə müqayisədə risk səviyyəsinin aşağı olması ilə seçilir. Avstraliyada tez-tez meydana gələn təbii fəlakətlər, dalğalanmaların ana səbəblərindəndir. Avstraliya dolları, FOREX bazarında bazar iştirakçılarına ən çox güvən verməsi ilə seçilən pul vahidlərindən biridir.

Exit mobile version