Share This Article
Həftənin 5 günü 24 saat ticarət edə bilmək, bütün ticarət əmrlərini internet vasitəsilə icra etmək, heç bir əlavə xərc ödəmədən yüksək gəlir əldə etmək imkanı…bütün bu sadalananlar mümkünsüz görünsə də əslində bütün bunlar FOREX bazarının ən əsas xüsusiyyətləridir. Bəs necə olur ki, FOREX bazar iştirakçıları üçün ən gəlirli maliyyə bazarından birinə çevrilir? Əslində bu sirrin cavabı bazar iştirakçılarının daxilindədir. FOREX bazarında əsas anlayışlar haqqında biliklərə sahib olmağınız, ticarət əməliyyatlarınızda sağlam addımlar atmağınıza yardımçı olacaq.
Açıq əməliyyat (Open Position)
Müvafiq həcmdə əks əməliyyatla əvəzləşdirilməyən və realizə olunmamış mənfəət və ya zərərə malik olan açıq ticarət əməliyyatıdır.
Alış qiyməti (Bid)
Bazar iştirakçısının valyutalar, əmtəə və CFD kimi maliyyə alətlərini alması üçün təklif olunan alış qiymətidir.
Arbitraj
Müxtəlif valyuta cütlükləri arasındakı mütənasib olmayan qiymət fərqindən gəlir qazanmaq məqsədilə həyata keçirilən ticarət əməliyyatıdır.
Əsas valyuta
Bir valyuta cütlüyündəki ilk valyuta vahidini ifadə edir. Nümunə: USD/EUR valyuta cütlüyündə əsas valyuta dollardır.
Əks valyutalar
ABŞ dollarının iştirak etmədiyi xarici valyuta cütü üzrə kotirovkadır. Məsələn; EUR/GBP.
İqtisadi göstəricilər
FOREX ticarətində ölkələrin iqtisadi vəziyyətindəki dəyişiklikər, açılacaq əməliyyatlara böyük təsir göstərir. İşsizlik və inflyasiya səviyyəsi kimi iqtisadi göstəricilər ticarət əməliyyatları icra edərkən nəzərə alınması vacib olan məlumatlardır.
Kredit çiyni dəstəyi
Forex əməliyyatlarının ən çox əhəmiyyət kəsb edən cəhətlərindən biri də kredit çiyni dəstəyidir. Kredit çiyni, qoyduğunuz təminat qarşılığında alış edə biləcəyiniz nisbətdir. Bu nisbət Azərbaycanda maksimum 1:100-ə qədərdir.
Pip
Valyuta bazarında həyata keçirilən ən kiçik dəyişiklik göstəricisinə “pip” deyilir.
Satış Qiyməti (Ask)
Bazar iştirakçısının valyutalar, əmtəə və CFD kimi maliyyə alətlərini satması üçün təklif olunan alış qiymətidir.
Spread
Bir valyuta cütlüyünün alış və satış qiyməti arasındakı fərq spred adlanır.
Swap (Gecəlik daşıma xərci)
Əgər hər hansı bir açıq əməliyyatınızı günün sonuna kimi bağlamamısınızsa, növbəti günə keçirilən əməliyyatlardakı pul vahidlərinin faiz fərqlərinə görə tutulan gecəlik köçürmə xərcidir.
Stop Loss (Zərəri saxla)
Satış əməliyyatlarında, bazara girilən qiymətin üstündə müəyyənləşdirilmiş bir qiymət səviyyəsini, alış əməliyyatlarında isə cari qiymətin altındakı qiymət səviyyəsini müəyyən edərək, qiymət o səviyyəyə gəldiyində mövqenin avtomatik bağlanmasını təmin edir. Yarana biləcək zərər vəziyyətində, qiymət göstərilən səviyyəyə gəldiyində əməliyyat avtomatik olaraq bağlanır və daha çox zərərin əmələ gəlməsinin qarşısını alır.