X

FOREX bazarının az bilinən üstünlükləri

FOREX bazarının az bilinən üstünlükləri

FOREX, maliyyə bazarları içində bəlkə də ən çox tərəddüd yaradan sahələrindən biridir. Düzgün istifadə etmədikdə hər bir müsbəti, bir mənfiyə çevrilmək potensialını özündə birləşdirən FOREX bazarında uğurlu bir bazar iştirakçısı olmaq üçün bu bazarı yaxşı tanımaq lazımdır. 5 gün 24 saat açıq olması, qısa və uzun müddətli əməliyyatların aparılmasında məhdudiyyətlərin olmaması, komissiyanın olmaması, pulsuz təlim hesablarında istifadə etmək imkanı və kredit çiyni dəstəyinin olması FOREX bazarının hamı tərəfindən yaxşı tanınan xüsusiyyətləri sırasındadır. Ancaq bu dəfə bu üstünlüklərdən deyil, sistemin həqiqətən ən çox əhəmiyyət daşıyan amma buna baxmayaraq, elə də tez-tez bəhs edilməyən üstünlüklərini sadalamaq istəyirik. Bunlar, FOREX bazarının heç kim tərəfindən idarə olunmaması, hər hansı bir sənəd olmadan ticarət edilməsi, bazar iştirakçısının birbaşa olaraq özünün bazara daxil olması və risk səviyyəsini özünün müəyyən etməsi kimi az bilinən üstünlükləridir.

Hər hansı bir sənədə ehtiyac olmadan daxil olmaq

Bu gün hər hansı bir tibbi əməliyyat  həyata keçirməyiniz üçün mütləq həkim və ya tibb bacısı olmalısınız. Bunun üçün illərlə universitetdə təhsil almağınız, müxtəlif sınaqlardan keçməyiniz və ölkə miqyasında təşkil olunan imtahanlardan yaxşı nəticə əldə etməlisiniz. Bundan əlavə isə tibb sahəsi üzrə diplom almalı və işə düzəlməlisiniz. Qısaca olaraq, həkim olmaq üçün mütləq və mütləq əlinizdə bir sertifikat və ya diplom olmalıdır. Ancaq FOREX maliyyə bazarında isə ixtisasından asılı olmayaraq 18 yaşından yuxarı hər kəs ticarət edə bilər. Bu bazarın gəlir imkanlarından faydalanmağınız üçün Sizə lazım olan tədrisi proqramlarını özünüz seçirsiniz.

Vasitəçisiz ticarət

Vasitəçisiz ticarət, Sizi əməliyyat icra etmək üçün üçün kimdənsə asılı qalmaqdan, heç gözləmədiyiniz bir anda qarşınıza çıxan yüksək komissiyalardan və ən əsası əziyyət çəkərək əldə etdiyiniz gəlirin gərəksiz yerlərə xərclənməsindən qoruyur. FOREX bazarının ən əsas xüsusiyyəti də elə budur, ani qiymət dəyişikliklərindən gəlir əldə etmək. İcra etdiyiniz əməliyyatların vasitəçilər tərəfindən başqa vasitəçilərə, oradan da sistemə daxil olmasını gözləməyəcəksiniz. Burada bütün ticarət əmrləriniz birbaşa və anında icra olunur. Sizə isə sadəcə nəticələri qiymətləndirmək qalır.

Heç kim tərəfindən idarə olunmayan bazar

Ticarət əməliyyatlarını beynəlxalq miqyasda aparılan bu terminalda qiymət dəyişiklikləri çox sürətlə baş versə də, nəzarət mexanizmlərinin hər zaman mövcuddur. Bazarda, bütün gündəlik məlumat axınında və əməliyyatlarda hər hansı bir manipulyasiyanın olmaması üçün güclü texnologiya və məlumatları analiz edən alqoritmlər mövcuddur. Bu baxımdan bazarın bir qrup şəxslərin və ya kütlənin əlində cəmləşməsi mümkün deyil. FOREX bazarında bütün bazar iştirakçılarının hüquqları bərabərdir.

Risklərin İdarə edilməsi

FOREX ticarət terminallarında ticarət əmrlərinin avtomatik olaraq vasitəçisiz və dərhal icra olunması işin müsbət tərəfidir. Bu üstünlük gözləntiləriniz xaricində həyata keçən əks istiqamətli əməliyyatlarda, daha əvvəl yerləşdirdiyiniz “stop loss” (zərəri saxla) ticarət əmri sayəsində xəbəriniz olmadan belə, daha çox zərər etməkdən qurtara bilər.

Categories: Forex
InvestAZ:
Related Post