24/5 işləyən Foreks bazarına hansı saatda daxil olmağı Siz seçirsiniz. Bazarın müxtəlif məhsullar üzərindən, müxtəlif saatlarda aktivliyi artır. Bazara diqqət ayırmalı olduğunuz saatları təyin etməkdə sizə yardımçı olacaq məlumatları bölüşürük.
Dəstək və müqavimət xətləri qırıldıqda qiymət sürət ilə irəlilədiyi üçün, düzgün zaman seçimi edib, hərəkətliliyi fürsətə çevirə bilərsiniz.
Trendi yaradan digər ölkələrdən olan treyderler olacaqdır, sizə sadəcə estafeti təhvil almaq qalacaqdır.
Dünyanın ən böyük birjalarının iş saatları (Bakı vaxtı ilə – GMT+4)
Sidney Birjası: 02:00-dan 11:00-a qədər
Tokio Birjası: 04:00-dan 10:00-a qədər
London Birjası: 12:00-dan 20:30-a qədər
Nyu-York Birjası: 18:30-dan 01:00-a qədər
Məhz bu dövrlərdə hedcinq fondları və banklar fəal ticarət edirlər. Beləliklə, bazar heç vaxt dayanmır. Nəhəng birjaların bazarda rolu böyükdür, çünki çətin olan – müqavimət və dəstək xətlərinin qırımlasında böyük rol oynayırlar, siz isə sadəcə axın istiqamətində əməliyyat açmalısınız.
Bir böyük birjanın iş saatlarında bazarda ticarət etmək yaxşıdırsa, iki birja sessiyası üst-üstə düşdükdə daha da yaxşıdır.
İki güclü iqtisadiyyata sahib ölkənin bankları və hedcinq fondları bazara qoşulduqda, bazarda böyük qiymət dəyişiklikləri və likvidlik yaranır.
London – Nyu-York Sessiyası:
13:00-dan 17:00-dək.
Bu sessiya çox dəyişkəndir.
Bu dövrdə ABŞ, Böyük Britaniya və Avrozonada məşğulluq, ÜDM və inflyasiya səviyyəsi, mərkəzi bankların faiz qərarları kimi mühüm iqtisadi xəbərlər açıqlanır. Beləliklə, bir-birinin ardınca bazara ciddi dalğalanmalara səbəb olan xəbərlər daxil olur.
Tokio-London Sessiyası:
08:00-dan 09:00-dək.
Bu, bir saat kimi görünə bilər, lakin skalpinq edən və ya gündəlik ticarət edən treyderlər üçün vacib saatdır.
Bundan əlavə, həmin saatdan sonrakı saatda təsirini qoruyub saxlayır. Tokio-London sessiyası foreksdə ciddi ticarət həcmlərinin olduğu ən yaxşı bazar saatlarıdır.
Tokio – Avstraliya Sessiyası:
23:00-dan 06:00-dək.
Yuxarıda qeyd edilmiş iki sessiya qədər həlledici olmasa da, bəzi məqamlarda olduqca böyük önəm kəsb edir.
FED-in Mətbuat konfransları, dərc olunan protokollar və “FOMC”-un iclasları ABŞ-da ticarət saatlarının sonlarına təsadüf etdiyindən məhz bu sessiyada da öz təsirlərini hiss elətdirir.
Qalan günlərdə Asiya birjaları bu saatlarda açıq olduğu üçün eyni şəkildə yüksək likvidliyi qoruyub saxlayır.
AUD/USD, NZD/USD, AUD/JPY və NZD/JPY bu dövrdə volotilliyə sahib valyuta cütlükləridir.
Nəticə
Uğurlu treyder olmaq üçün bir çox amilləri nəzərdə saxlamalısınız, müvəffəqiyyət tamamilə strategiyanızdan asılıdır.
Uğurlu strategiya qurmaq üçün isə bu cür mühim nüanslardan istifadə edə bilərsiniz.