Site icon InvestAZ Blog

Fərq müqavilələrinin üstünlükləri

Fərq Müqavilələrinin üstünlükləri

Fərq Müqavilələrinin üstünlükləri

Fərq müqavilələri, səhmlər, indeks və ya əmtəə kimi aktivlərin alış satış qiymətlərindən gəlir əldə edilməsidir. Bu aktivlərə fiziki olaraq sahib olmadan belə, açılış və bağlanış qiymətləri arasındakı fərq üzərindən əməliyyat icra etmək mümkündür. Əsas aktivin qiymətinin yüksələcəyi və ya eniş edəcəyi istiqamət icra edilən bu əməliyyatlar bazarda fiziki olaraq həyata keçirilmir. Bazar iştirakçısı lisenziya əsasında fəaliyyət göstərən broker şirkəti vasitəsilə bazarda bu maliyyə alətinin qiymət dəyişiklikliyindən gəlir əldə edir. Fərq müqavilələri, bazar iştirakçılarına təqdim etdiyi böyük üstünlüklər sayəsində, maliyyə bazarlarında geniş istifadə olunan maliyyə alətinə çevrilmişdir. Fərq müqavilələrinin üstünlükləri aşağıdakılardır:

Seçim genişliyi

Səhmlər, əmtəələr, indekslər, birja fondları kimi geniş seçim imkanı verən fərq müqavilələri, bazar iştirakçılarını axtardıqları məhsulları rahatlıqla tapmaqlarını təmin etdiyi üçün beynəlxalq maliyyə bazarlarında investorlar tərəfindən geniş istifadə olunur.

Böyük vəsait tələb etməməsi

Digər maliyyə bazarları ilə müqayisədə, Fərq müqavilələrinin tərkibində olan təbii qaz, kənd təsərrüfatı məhsulları, qızl, gümüş kimi əmtəələrlə ticarət etmək üçün daha az vəsait tələb olunur. Daha az büdcəsi olan investorlar üçün Fərq müqavilələri ideal seçimdir.

Aktivlərə fiziki olaraq sahib olmamaq

Fərq müqavilələrində əsas aktivlərə fiziki olaraq sahib olmadan, aktivin açılış və bağlanış qiyməti arasındakı fərq üzərindən ticarət edilir. Səhmlər, əmtəələr, indekslər, birja fondları ilə ticarət olunan əmtəələrdə proqnoz olunan qiymət üzərindən əməliyyatlar icra olunur. Bu da bazar iştirakçılarına anbar, daşınma və saxlama kimi bir çox xərclərdən azad edir.

Dividend Ödənilməsi

Fərq müqavilələrində, səhmlərlə ticarət edən bazar iştirakçıları dividend kimi böyük üstünlükdən faydalanırlar. Səhmlərə fiziki olaraq sahib olmadan belə, uzunmüddətli yatırımlarda dividend ödənişindən yararlanmaq mümkündür.

Yüksək kredit çiyni

Fərq müqavilələrində, kredit çiyni vasitəsilə kiçik qiymət dəyişiklərindən yüksək gəlir əldə edə bilərsiniz. Bazar qiyməti ilə müqavilənin müddətin sonunda olan qiyməti arasında əmələ gələn qiymət fərqi kredit çiyni vasitəsilə artırmaqla, kiçik qiymət dəyişikliklərini böyük gəlirə çevirə bilərsiniz. Beləcə, fərq müqavilələrinə etdiyiniz kiçik yatırım məbləğləri ilə böyük həcmli ticarət əməliyyatları icra edə bilərsiniz.

İki istiqamətli əməliyyat

Bazar iştirakçılarının fərq müqavilələri ilə ticarətə üstünlük verməsinin digər bir səbəbi isə bu maliyyə aləti üzrə iki istiqamətli əməliyyatlarının aparılmasının mümkün olmasıdır. Yəni bazarda ticarət edən treyderlər qiymətlərin həm enməsindən həm də yüksəlməsindən gəlir əldə edə bilərlər.

İnternet üzərindən ticarət

Fərq müqavilələri ilə ticarət etməyi üstün tutan bazar iştirakçılar öz ticarət əməliyyatlarını internetin olduğu istənilən yerdə sərbəst şəkildə həyata keçirə bilərlər.

Exit mobile version