Site icon InvestAZ Blog

Ən çox gəlir əldə edən 7 bazar iştirakçısı

forex yatırımcı

forex yatırımcı

Uğurlu investor olmaq üçün tədris, səbr və bir az da şans lazımdır. Keçmişdən bu günə kimi bazarlar illik olaraq 12% gəlir gətirmişdir. Ancaq aşağıda adlarını çəkəcəyimiz maliyyə bazarının kralları bu bazar hesablamasından daha çox gəlir əldə etməyi bacarmışdırlar. Bu investorların hər biri fərqli ticarət strategiyası və fəlsəfəsində müxtəlif yollar təqib etdilər. Bəziləri investisiyalarını təhlil etməkdə yeni və yaradıcı yollar kəşf etmiş, digərləri isə sərmayə qoyacaqları varlıqları yalnız önsezi-lərinə güvənərək seçmişlər və uğurlu olmuşlar. Ancaq hamısının ortaq bir tərəfi var: Hər zaman bazardan daha uğurlu olmaq.

 

  1. John (Jack) Bogle

1951-ci ildə Princeton Universitetinin iqtisadiyyat fakültəsini fərqlənmə ilə bitirən Bogle, 1974-cü ildə dünyanın ən böyük Vanguard Qrup adlı fond şirkətini yaratdı. Milyonlarla kiçik investorları komissiyonsuz fond alqı-satqısı və aşağı xərcli birja yatırımlarını tətbiq etdi. Tarixdə ilk birja fondunun yaradıcısı da məhz Bogle olmuşdur. 1999-cu ilə “Times Magazine” jurnalı cənab Bogle-ni XX əsrin 4 mövsüm yatırımçısı adlandırmışdır. Xərclərin azaldılması, uzunmüddətli düşünmək və əməliyyat zamanı hisslərə əsasən qərar verməmək Bogle-in əsas ticarət prinsipləridir.

  1. Warren Buffett

Dünyanın ən varlı insanlarından biri kimi tanınan Buffetti, bir çoxları tarixin ən uğurlu investoru adlandırırlar. Benjamin Qrehem prinsiplərini tətbiq edərək, Berkshire Hathaway şirkəti vasitəsilə bir çox şirkətlərin səhmlərin əldə edərək böyük bir sərvət toplamağa nail olmuşdur. 1965-ci ildə bu şirkətə 10.000 dollar investisiya etmiş investorlar, bu gün artıq 50 milyon dollara sahibdirlər. Buffett, yaxşı gəlirliliyə malik, artıq borcu olmayan, konsepsiyaları aydın, nağd pul axınını düzgün idarə edən, françayzinq şəbəkəsi olub qiymətləri müəyyən etmədən sərbəst hərəkət edən, gəlirlərini təxmin edə bilən, sırf şirkət rəhbəri tərəfindən idarə olunan şirkətlərə sərmayə qoymağa üstünlük vermişdir.

  1. David Dreman

David Dreman-ın adı əks investisiya strategiyaları ilə birgə çəkilir. 1980-cı ildə “Əks İnvestisiya Strategiyası: Birja Uğurunun Psixologiyası” adlı ilk kitabını çap etdirən Dreman investorlar üçün bu sahə üzrə akademikə çevrildi. Dreman kütlə psixologiyasına qarşı qərar verən investor kimi tanınır.

  1. Philip A. Fisher

Fisher bütün dövrün ən təsir edici investorlarından hesab olunur. O, 1958-ci ildə dərc etdirdiyi “Adət olunan birjalar və Adət olunmamış Mənfəət” kitabı ilə adını yatırım dünyasında əbədiləşdirməyə nail olmuşdur. Fisher investisiya edərkən idarə etmənin keyfiyyəti və işin xarakteristikasına diqqət edərək uzunmüddətli qərarlar verməsi ilə seçilirdi.

  1. Benjamin Graham

İnvestisiya məsləhətçisi və pedaqoq kimi tanınan Qraham etibarlı analiz və investisiyaların dəyərləndirilməsi üzrə mütəxəssis hesab olunur. Özünə ağıllı investor adı verən Qraham, nominal dəyəri real dəyərindən aşağı olan səhmləri alması məşhurdur.

  1. William H. Gross

İnvestisiya dünyasında “İstiqrazların atası” kimi tanınan Gross dünyanın ən məhşur fond idarəçilərindən bir hesab olunur. Gross, bazardakı dalğalanmalara rəğmən, tərəddüd etmədən yatırım istiqamətini dəyişdirilməsi ilə məhşurdur. 2005-ci ildə smartmoney.com saytında Gorss haqqında belə bir yazı dərc olunmuşdur: “Gross bazar qaydalarına riayət etmir, onları dəyişdirir!. İstiqaz bazarı haqqında geniş məlumatlara sahib olan Gross, dünya investorları tərəfindən maraqla izlənilir”. Gross uzunmüddətli ticarət edən investordur.

  1. Carl Icahn

Karl Icahn Wall Street də nə zaman yanlış idarə edildiyini düşündüyü bir şirkətin səhmlərini almağa başlasa o səhmlərinin qiyməti yüksəlməyə başlayır. Mütəxəssislər zarafatla buna “Icahn lifti” deyirlər. 1980-cı illərin ortasından başlayaraq Amerikanın bir çox şirkətlərinin səhmlərini almaq üçün hərəkətə keçmiş, bu şirkətlərin bir çoxunda həm şirkət, həm özü, həm də səhm sahibləri böyük gəlirlər əldə etmişlər. Forbes jurnalı onu 2008-ci ildə dünyanın 46 ən zəngin adamı kimi qiymətləndirmişdi. İcahnin yatırım strategiyası həqiqətən aqressivdir. O, əvvəlcə yanlış idarə olunan bir şirkəti hədəf seçir, daha sonra həmin şirkətin səhmlərinin qiymətinin bazar qiymətindən aşağı düşməsini gözləyir və şirkətdə söz sahibi olana kimi həmin şirkətin səhmlərini almağa davam edir. Şirkətdə daha çox pay sahibi olduqdan sonra ilk atacağı addım idarə heyəti sədrinin işinə xitam vermək və ya şirkətin parçalanıb satılmasını tələb etməkdir.

Exit mobile version