Share This Article
Maliyyə bazarlarında özünüzə və qərarlarınıza etdiyiniz etibar Sizə böyük üstünlüklər qazandıracaqdır. Əldə etdiyiniz məlumatlar, analiz etdiyiniz hadisələr, açdığınız əməliyyat, atdığınız addımlardan əmin olduğunuz müddətdə özünüzə inamla bərabər müvəffəqiyyətli işlərə də imza ata bilərsiniz. Lakin bu saydığımız hərəkətlərdən hər hansı birindən əmin deyilsinizsə, açdığınız əməliyyatla bağlı bir neçə suallar verməyiniz lazımdır. Bəs, əməliyyatlarınızı sorğulamağa haradan başlayacaqsınız? Verəcəyiniz cavablar istiqamətində açdığınız əməliyyatdan əmin olub olmadığınızı ölçəcək bir neçə sehrli sualı diqqətinizə çatdırmaq istəyirik.
Ticarət etmək üçün doğrumu maliyyə aləti seçmisiniz?
FOREX Maliyyə bazarının ilk addımlarından biri də ticarət edəcəyiniz maliyyə alətini müəyyən etməkdir. Bu mövzuda araşdırma apardığınız zaman, Sizi uğura aparacaq və FOREX-də ən çox gəlir gətirən maliyyə alətini müəyyən etməlisiniz. Lakin araşdırmadan da önəmli bir məsələ, Sizin hansı maliyyə alətinə olan meylinizdir. Bazar analizi edərkən doğru nəticələr edə biləcəyiniz və bazarı təqib edərkən zövq alacağınız maliyyə alətinə üstünlük verməyiniz vacibdir. Maliyyə bazarında hər maliyyə alətinin fərqli özəlliklərə sahib olduğunu da unutmamağınız lazımdır. Birdən çox maliyyə alətini araşdırmağınızda və addımlarınızı həmin maliyyə alətlərinə görə istiqamətləndirməyinizdə fayda var. Çünki tək bir maliyyə alətinə fokuslanmaqdansa, birdən çox maliyyə alətinə yatırım edərək risklərinizi paylaşdırmağınız doğru ticarət strategiyasıdır.
Sağlam bir bazar araşdırması etdinizmi?
Maliyyə bazarlarında hansi maliyyə alətlərinə yatırım edəcəyinizi müəyyən etdikdən sonra bazarı analiz edərək ticarət strategiyanızı müəyyən etməlisiniz. Bazar analizini əsas götürərək, müəyyən etdiyiniz maliyyə aləti ilə bağlı müəyyən qiymət səviyyələri təyin edin. Açıqlanacaq məlumatlar, qiymət dalğalanmaları, dəstək/müqavimət səviyyələrinin qoyulduğu yerlərə əməliyyat açmadan bir daha diqqət edin.
Stop Loss ticarət əmri aktivdirmi?
Əməliyyat açarkən Stop Loss ticarət əmrini yerləşdirməyi unutmayın. Çünki bu ticarət əmri Sizin zərər etməyinizin qarşısını alacaq bir funskiyasıdır. Stop loss, anlıq bazar qiymətinin üstündə müəyyən olunan qiymət səviyyəsinə çatdığı zaman əməliyyat avtomatik olaraq bağlanacaqdır. Əgər Stop loss tircarət əmri istifadə etmirsinizsə, demək ki, risk edirsiniz. Bu ticarət əmrinin üstün cəhətlərindən biri də, internet bağlantısı və cərəyan kəsintilərində, ani işinizin çıxdığı zaman yarana biləcək zərəri Sizin yerinizə əngəlləyir. Risklərinizi ölçməyinizi və addımlarınızı daha etibarlı atmağınızı təmin edən stop loss əmri, açdığınız əməliyyata olan etibarınızı artıracaqdır.
Əvvəlki əməliyyatlarınız ilə müqayisə etmisinizmi?
Bazarda atdığınız addımlarla mənfəət və ya zərər etdiniz. Hər iki haldan da təcrübə əldə etmisiniz və bir sonrakı işinizdə bu təcrübənizi istifadə etməyiniz Sizə fayda verəcək. Buna görə də hər verdiyiniz ticarət qərarının nəticələrini özünüzdə qeyd edin. Ticarət tarixçənizi formalaşdıracaq bu qeydlər, gələcəkdəki ticarət əmrləriniz üçün bir dəstək olacaq. Unutmayın, keçmişi təkrar edib etməmək Sizin əlinizdədir. Bunun üçün öncədən icra etdiyiniz ticarət əmrlərini unutmayıb, təcrübəniz istiqamətində hərəkət etməyi laqeydlik etməyin.