İlk əvvəl, məsələyə daha uzaqdan nəzər yetirək. İnsanlar tərəfindən qurulmuş iqtisadi mühit və bu mühitin düzgün şəkildə idarə edilməsi üçün bazarlar mövcuddur. Uzaqdan nəzər yetirdikdə bunlar bir – birilə uyğun şəkildə fəaliyyət göstərir. Ancaq, məsələyə daha yaxından baxsaq, işlərin daha qarışıq olduğunu görəcəyik. Xaotik şəkildə gələn məlumatların istifadəsi, ekrana verilməsi, mütəmadi şəkildə düşüb-qalxması heç cür başa düşülməyəcək bir tapmaca kimi gəlir insana. Amma, insan şüurlu və ya şüuraltı şəkiLdə də olsa toxunduğu hər bir yerə hər hansı bir qeyd qoyur.
Hər hansı bir iş görüşməsinə gedəndə, həmin an içəri qəbul edilməyə bilərsiniz. İlk əvvəl, oturub gözləməyiniz xahiş oluna bilər və o anda masada bir şey diqqətinizi cəlb edir. Bir qələm və kağız parçası masanın üzərində durur. Vaxtınızı keçirmək üçün kağıza bir kvadrat və ya üçbucaq, bir neçə dənə ziq-zaq çəkərkən görüşə çağrılırsınız. Həm də arxanızda çox dərin bir iz buraxaraq. Həyatınızdan gözlədiyiniz sabitik və baş verən enişlər və qalxışlar kimi.
Elliott Dalğa Nəzəriyyəsi Nədir?
Elliot Dalğa Teoremi, 1930 – cu illərdə birja bazarlarının araşdırılması nəticəsində ortaya çıxmışdır. Əsas olaraq, insaların şüurlu və ya şüuraltı təsir nəticəsində kütlə psixologiyasının təqibi şəklində izah oluna bilər. Bəs, əvvəlcə qeyd etdiyimiz xaotik sistemdə bu prosesin baş verməsi mümkündür? Ya da başqa cür soruşsaq: Fizikadan öyrəndiyiniz hər hansı bir qanunla birjada da qarşılaşarsınızmı?
Təsir-Reaksiya Qanunu
Təsir-Reaksiya qanununun birjada da mövcud olması diqqət çəkən bir haldır. Birjadakı tam olaraq qarşılığı itələyici – düzəldici sözləridir. İtələyici təsir altındakı hərəkətlərə düzəldici reaksiyalar da deyilir. Bunların öz daxilindəki vəziyyətinə isə “dalğalanma” deyilir.
3-5 Dalğalanma Nəyə Təsir Edər?
Bu dalğalanmalar haqqında edilən araşdırmalar belə bir tendensiyanı ortaya çıxarmışdır. Əsas tendensiya ilə hərəkət edən itələyici qüvvənin daxilində daimi olaraq 5 dalğalanma görsənir. Bu əsas istiqamətdəki 5 itələyici dalğalanmaya, qarşı tərəfdən 3 ədəd düzəldici dalğalanma qarşılıq verir.
Bu 5-3 dalğalanmasının dövr etdiyini, dövr müddətinin dəqiq olmadığını, amma bəzi parametrlər vasitəsilə təxmin etməyin mümkün olduğunu və növbəti daha yüksək 5-3 dalğalanması üçün 2 qabaqcıl dalğa meydana gətirdiyi bilinir.
Elliott Dalğa Nəzəriyyəsindən Necə İstifadə Etmək Olar?
İnvestorun hər hansı bir tendensiyanı, axımı və ya dalğalanmanı izləyərək ona uyğun hərəkət etməsi, Elliot Dalğa Nəzəriyyəsinin gündəlik bazarlardakı istifadəsinə bir nümunədir.