Site icon InvestAZ Blog

Effektiv Foreks Ticarət Planı qurmaq üçün 10 məsləhət

Uğurlu treyder olmaq üçün bir ticarət planına ehtiyacınız var.

Ticarət strategiyanızı mükəmməl planlaşdıraraq, Foreksi əlavə və ya əsas gəlir mənbəyinizə çevirə bilərsiniz.

1. Demo hesab ilə ticarət edin

Real hesab açmadan əvvəl sahəni dərindən öyrənmək və Foreksə aid sularınıza cavab tapmaq üçün Demo hesab açmaq, əla üsuldur. Çünki Demo hesab, sizi təcrübəsiz olduğunuz üçün yarana biləcək ilkin itkilərdən, eləcə də bazardan vaxtından tez çıxmaqdan xilas edir. Demo hesab, ticarətin əsaslarını bilməyə və bacarıqlarınızı qiymətləndirməyə kömək edir.

2. Araşdırma edin

Foreks müxtəlif iqtisadi, geosiyasi və təbii amillərin təsirinə məruz qalan 24 saatlıq qlobal bazardır. Bu hadisələrin ticarətinizə mənfi təsiri haqqında sizə lazımi məlumatları verən çoxlu onlayn xəbər saytları və biznes jurnallar mövcuddur. Siz bizim xəbər saytımızdan da bu məqsədlə istifadə edə bilər, analitiklərimizin proqnozları və ehtimalları ilə tanış ola bilərsiniz. Məlumatlı treyder ticarətə başlamazdan əvvəl həmişə bazarda mövcud vəziyyəti təhlil edir. Valyuta cütlüklərini və digər iqtisadi zonada başverənləri təhlil etmək vacibdir. Bəzən düzgün məlumat, fürsətə çevirə bildikdə – sərvət deməkdir.

3. Bazara giriş və çıxışınızı planlaşdırın

İtkiləri məhdudlaşdırmaq və qazancda olan əməliyyatı düzgün zamanda bağlamaq, qazanc əldə etməyin ən vacib məqamıdır.

Zərərin dayandırılması (stopp-loss) və mənfəətin götürülməsi (take profit) kimi çıxış nöqtələrinizi əvvəlcədən planlaşdırın. Hər hansı bir emosional stressin qərar vermənizə mane olmasına imkan verməyin.

4. Ticarət Strategiyanızı avtomatlaşdırın

Ticarətinizdə dəstək və müqavimət səviyyələrinizi qeyd edin, avtomatlaşdırılmış sistem sizin təyin etdiyiniz giriş və çıxış siqnalları barədə xəbərdar etsin. Sistemi diqqətinizi yayındırmayan, aydın bir göstərici kimi təyin edin. Vizual və eşitmə siqnallarından aydın şəkildə istifadə edin.

5. Mənfəət Hədəfi təyin edin

Düzgün ticarət planında mənfəət əldə etmək üçün hədəfinizi təyin etmək də önəmlidir. Hər bir iş adamı mənfəət üçün çalışır və nizam-intizamlı bir iş adamının həmişə nail olmaq üçün müəyyən məqsədləri olur. Foreks treyderi olaraq siz də hədəflərinizi təyin etməlisiniz və bu, gündəlik, həftəlik, aylıq və ya illik hədəflər ola bilər. 

6. Risklərinizi tənzimləyin

Gəlirinizin yalnız müəyyən faizini Foreks bazarında ticarətə ayırmalısınız, bütün gəlirinizi riskə atmaq və ya daha yaxşı gəlir ümidi ilə borc götürmək sizi daha da gərgin ticarət etməyə vadar edəcəkdir. Ticarət zamanı, ticarətə ayırdığınız pulun müəyyən faizini məqbul itki kimi qəbul etmək uğurun bir hissəsidir, çünki, həddindən artıq gözləntinin qarşısını alır və daha rassional qərarlar verməyə kömək edir.

7. Ruh yüksəkliyinizi qoruyun

Emosional güc Foreks bazarında “sağ qalmaq” üçün çox vacibdir, çünki bazar, sizi asanlıqla yüksək gərginlikli burulğanın içinə sala bilər. Təsadüfi qərarlar, narahatlıq, qəzəb, istirahətin olmaması və ya yuxusuzluq uğursuzluqla nəticələnir. Beləliklə, ruh yüksəkliyi və formada olmaq uğurlu treyder olmaq üçün vacib amillərdən biridir.

8. Qeydlər aparın

Əməliyyatların qeydlərini aparmaq uğurlu treyder olmaq üçün vacib vərdişdir. Bu vərdiş vaxtında, düzgün qərarlar qəbul etmək üçün sizə yardımçı olacaqdır. Eyni zamanda səhv addımlarınızı analiz etməyə və nəticələr çıxarmağa kömək edəcəkdir. 

9. Tənqidçi olun

Günün sonunda ticarətinizi hərtərəfli nəzərdən keçirin və özünüz öz tənqidçiniz olun. Bu, bir treyder kimi böyüməyinizə çox kömək edəcək, çünki ticarətinizi analiz etdiyinizdə hər şey ağlınıza daha dərindən nüfuz edir. 

10. Professional Broker şirkətindən xidmət alın.

Maliyyə bazarlarında çox böyük təcrübəyə malik olsanız da, mükəmməl ticarət planınız olsa da və hətda yüksək gəlir əldə etsəniz də, reallıq hamıya məlumdur ki, Sizə xidmət göstərən Broker şirkətinin dürüstlüyü, sektorda yaratdığı reputasiyası çox vacibdir. Biz InvestAZ komandası olaraq sürətli analitika, illərin təcrübəsinə malik olan treyderlər tərəfindən professional dəstək və sahəni dərindən öyrədən təhsil proqramını Sizə təqdim edirik.

InvestAZ İnvestisiya Şirkəti yatırımlarınızda uğurlar arzu edir!

Exit mobile version