X

Dünyanın ilk bankomatı

Dünyanın ilk avtomatik pul köçürmə aparatı 1967-ci ildə Londonda quraşdırıldı. Aparat ixtiraçı Con Şeferd Barron tərəfindən hazırlanmışdı. O, cihazı Britaniyanın Barclays bankına təqdim etdikdə bank bu təklifi dərhal qəbul etmişdi.

Daha sonrakı illər ərzində bankomatlar dünyada artmağa davam etdi və texnologiyalar inkişaf etdikçə dəyişikliklər bankomatlara da tətbiq olundu.

1980-ci illərdə NCR rəngli displeylərin və FDK düymələrinin tətbiqi ilə bankomat sistemi xeyli təkminləşdi. 

Bilirdinizmi ki….

  • 1984-cü ilə qədər dünyada 100.000 bankomat quraşdırılmışdır.
  • Dünyada ilk intellektual depozit bankomatı 1989-cu ildə quraşdırılıb.
  • 1992-ci ilə qədər bankomatlarda termal qəbz printerləri, audio daxiletmə və imza qəbul etmə kimi funksionallıq artıq adi hala çevrilmişdi.
  • 2000-ci illərin əvvəllərində bankomatlar daha bir böyük təkan əldə etdi: istehlakçıların nağd pula çıxış imkanları kimi istədikləri zaman depozit qoymaq (nağd pul və çek) qabiliyyətini artırdı.
  • 2012-ci ildə istifadəyə verilmiş ITM, ATM müştərilərinə üzbəüz bankomat dəstəyi göstərmək üçün zəng mərkəzi vasitəsilə ikitərəfli video bağlantıdan istifadəyə başladı.
  • 2012-ci ildə Royal Bank of Scotland müştərilərə mobil telefonlarına göndərilən koddan istifadə edərək bankomatlardan pul çıxarmağa imkan verən “Get Cash” (“Cash by Code”) xidmətini işə salaraq debet kartlarına ehtiyacı aradan qaldırdı.
  • 2019-cu ildə qlobal miqyasda kartsız nağd pul çıxarmağı təklif edən bankomatların sayı 26%, təkcə ABŞ-da 16%, “Near Field Card” (NFC) oxuyucuları təklif edən bankomatların sayı isə 86% artdı.

ATM 50 ildən bir az artıq müddətdə artan bazar tendensiyalarına cavab vermək üçün uzun bir yol qət etdi və dəyişən istehlakçı tələblərinə cavab vermək üçün inkişaf etməyə davam edəcəkdir.

InvestAZ Investisiya şirkəti olaraq yatırımlarınızı rahat idarə edə bilməyiniz üçün Sizə İnvestOR şəxsi kabineti və  InvestOR card-ı təqdim edirik. InvestOR card vasitəsi ilə istənilən bankomatdan istifadə edərək mədaxil və məxaric əməliyyatlarınızı icra edə bilərsiniz.

Categories: Məqalələr
InvestAZ:
Related Post