Müasir dünyada “Səhm” anlayışını demək olar ki, hamı bilir. Yatırımın faydalarını bilən hər kəs böyüyən şirkətlərə investisiya qoyaraq yaxşı gəlir əldə edəcəklərini bilir.
Məsələn, əgər bu gün səhmləri 90 dollara satırlarsa və qiymət ildə 135 dollara qədər artırsa, bu səhmləri alanların qazancları yatırılan vəsaitin 45% və ya 50% olacaqdır.
Səhmlərin qiyməti qalxdıqca qazanc əldə etmiş olacaqlar.
Bu yazıda 1 İyun 2020-ci il tarixi etibarı ilə dünyanın ən bahalı səhmləri qiyməti ilə birgə təqdim edəcəyik.
Dünyanın 10 ən bahalı səhmləri ilə tanış olun.
Berkshire Hathaway Inc. (Bir səhm üçün 265,020 dollar)
Bazar dəyəri: 455 milyard dollar.
Sektor: sığorta, maliyyə, dəmiryol nəqliyyatı, qida və qeyri-qida məhsulları.
Bəli, doğrudur, bir səhmin dəyəri 265.020 dollardır. Bu, onu dünyanın ən bahalı səhminə çevirir. Şirkətin daimi sahibi, amerikalı investor və sahibkar, Warren Buffett-dir. Şirkətin baş ofisi ABŞ-ın Nebraska, Omaha şəhərindədir.
Lindt & Sprüngli AG (Bir səhm üçün 84,000 dollar)
Bazar dəyəri: 20 milyard dollar.
Sektor: Şirniyyat
Chocoladefabriken Lindt & Sprüngli AG (və ya qısaca Lindt) şirniyyat və şokolad istehsalında ixtisaslaşan İsveçrə şokolad şirkətidir. Şirkət eyni zamanda dünyada 410-dan çox marka mağazası və kafe şəbəkəsinə sahibdir.
Lindt-in səhmlərinin çox yüksək olması səbəbindən reytinqimizdə ikinci yeri tutur.
Lindt 1836-cı ildə Zürich-də təsis edilmişdir. Hər şey “David Sprüngli & Son” konfet mağazasından başladı, daha sonra dünyanın ən uğurlu şirkətlərindən birinə çevrildi. 1988-ci ildə şirkət Rudolf Lindt-ın şokolad fabrikini satın aldı və adını “Aktiengesellschaft Vereinigte Berner und Züricher Chocoladefabriken Lindt & Sprüngli” olaraq dəyişdirdi. 1994-cü ildə Lindt şirkəti daha bir alış etdi və Avstriyalı qənnadçı Hodbauer-i aldı. Daha sonra, 1997-ci ildə İtaliyanın Caffarel, Amerikan Ghirardelli-ni və 2014-cü ildə Russell Stover şirkətlərini aldı. Lindt-in İsveçrə, Almaniya, Fransa, İtaliya, Avstriya və ABŞ-da öz fabrikləri var.
Şokolad və şirniyyatlarla yanaşı, şirkət dondurma istehsalı da edir.
NVR Incorporated (Bir səhm üçün 3,125 dollar)
Bazar dəyəri: 11.5 milyard dollar.
Sektor: Tikinti və ipoteka kreditləri
NVR Incorporated, bir Amerikan tikinti və ipoteka şirkətidir.
Yarandığı gündən etibarən şirkət ölkənin 15 əyalətində 365 mindən çox müştəri üçün evlər tikmişdir.
Aşağıdakı filiallar ona aiddir:
- Ryan Homes (tikinti);
- NVHomes (tikinti);
- Rymarc Homes (tikinti);
- Fox Ridge Homes (tikinti);
- Heartland Homes (tikinti);
- NVR Mortgage (maliyyə xidmətləri).
Seaboard Corporation (Bir səhm üçün 3,105 dollar)
Bazar dəyəri: 3.6 milyard dollar.
Sektor: Nəqliyyat və kənd təsərrüfatı
Seaboard Corporation-ın səhmləri dünyada dördüncü ən qiymətli səhmlərdir.
Seaboard Corporation dünyanın müxtəlif sahələrində kənd təsərrüfatı fəaliyyəti və dəniz nəqliyyatı ilə əlaqəli şaxələndirilmiş bir şirkətdir. ABŞ-da şirkət əsasən donuz əti istehsalı və dəniz nəqliyyatı ilə məşğul olur.
Amazon Inc. (Bir səhm üçün 2,486 dollar)
Bazar dəyəri: 1.200 trilyon dollar.
Sektor: Pərakəndə ticarət
Amazon, müxtəlif malları internet üzərindən satılmasını təmin edən və çatdıran bir pərakəndə şirkətdir. Hal hazırda bazar kapitalı 900 milyarddan çox olan bu şirkət dünyanın ən dəyərli şirkətdir.
İnternet istifadəçiləri, tədarükçülər və istehsalçılar Amazon veb saytını onlayn məkan kimi istifadə edərək özləri də hər hansı bir məhsulu sata bilərlər. Xidmətin populyarlığı yüksək keyfiyyətli məhsullar, aşağı qiymətlər, sürətli çatdırılma və geniş çeşiddə məhsullar sayəsində artdı.
Şirkət 1994-cü ildə Jeff Bezos tərəfindən təsis edilmişdir. Amazon-nun mərkəzi ofisi Vaşinqtondadır.
Cable ONE (Bir səhm üçün 1,825 dollar)
Bazar dəyəri: 10.46 milyard dollar.
Sektor: Rabitə xidmətləri
Şirkət Adı Cable One Inc. (Cabel ONE olaraq markalanmışdır) ABŞ-dakı kabel xidmətləri təminatçısıdır və Graham Holdings şirkətinin keçmiş bir törəməsidir. Şirkətin adı və fəaliyyət sahəsi 1997-ci ilə təsadüf edir. Əvvəllər Newsweek Cablo kimi tanınırdı. Cable One, ABŞ-ın 21 əyalətdə 800.000-dən çox müştəriyə xidmət göstərən 7-ci ən böyük kabel təchizatçısıdır.
Booking Holdings (Bir səhm üçün 1,599 dollar)
Bazar dəyəri: 60.6 milyard dollar.
Sektor: Turizm və xidmət
Daha əvvəl, Priceline Group Inc. kimi tanınan Booking Holdings dünyanın ən böyük səyahət xidmət təminatçısıdır. Avtomobil kirayəsi, bilet satışı, ofis və otel otaqlarına rezervasiya və s. şirkət tərəfindən göstərilən xidmətlərin siyahısına aid edilə bilər.
Şirkətin tarixi, sahibkar Jay Walker 1997-ci ildə The Priceline Group Inc. şirkətini qurması ilə başlayır. İki il sonra, şirkət ilk əməliyyat günündə 12,9 milyard dollar aktiv dəyəri ilə ilk dəfə ictimaiyyətə təqdim edildi. 2018-ci ilin sonunda şirkət təxminən 14.5 milyard dollar illik gəlir əldə etdiyini bildirdi. Maraqlıdır ki, 2018-ci ilin fevralında şirkətin adı The Priceline Group Inc.-dən “Booking Holdings”-ə dəyişdirildi. Beləliklə, təsisçilər şirkətin ən populyar markası olan Booking.com-un əhəmiyyətini vurğulamaq və önə çəkmək istədilər.
Booking Holdings-in bir hissəsi olan şirkətlər:
- Booking.com
- Priceline.com
- Agoda.com
- Kayak.com
- Rentalcars.com
- OpenTable.com
Alphabet Inc. (Bir səhm üçün 1,408 dollar)
Bazar dəyəri: 919 milyard dollar.
Sektor: İnternet
Beynəlxalq sferada öz məşhurluğu ilə bilinən Google bu yaxınlarda rəsmi adını Alphabet olaraq dəyişdirdi.
1998-ci ildə bu şirkəti birlikdə yaratmış Sergey Brin və Larry Page İnternet holdinqinin rəhbərləridir.
Otuzdan çox məşhur xidmət və alt şirkət holdinqin tərkib hissəsidir: AdWords, Android, YouTube və s. Google-un baş ofisi Kaliforniyadadır.
AutoZone Incorporated (Bir səhm üçün 1,127 dollar)
Bazar dəyəri: 26.5 milyard dollar.
Sektor: Avtomobil məhsullarının pərakəndəçisi
AutoZone, avtomobil məhsulları və ehtiyat hissələrinin pərakəndə satışında ixtisaslaşan Amerika şirkətidir. ABŞ-da avtomobil hissələri və ləvazimatları ikinci ən böyük pərakəndəçisidir və yalnız Advance Auto Parts-dan yalnız geri qalır.
Şirkətin ABŞ-ın 49 ştatında 6000-dən çox mağazası var.
Markel Corporation (Bir səhm üçün 870 dollar)
Bazar dəyəri: 11.9 milyard dollar.
Sektor: Sığorta
Markel Corporation dünyada sığorta, təkrarsığorta və investisiya həlləri təklif edən holdinq şirkətidir.
Bu gün Markel Corporation-a Markel Style-in müəlliflərindən olan baş icraçı direktor Alan I. Kirshner rəhbərlik edir.
Bəs digər məşhur şirkətlər?
Bəs Apple, Facebook, Microsoft və daha bir çox böyük şirkətlərin adları niyə bu siyahıda yoxdur?
Onların olmamasının səbəbi nədir?
Cavab bu məqalənin başlığındadır: “Ən bahalı səhmlər (hər səhm üçün)”. Bu o deməkdir ki, reytinq bir səhmin qiymətinə əsaslanır.
Əgər səhm sayına və ya bazar dəyərinə uyğun bu reytinq cədvəli sıralansaydı əlbəttə ki, digər şirkətlər də burada yer alardılar.