InvestAZ Blog

Dünyanın 10 ən dəyərsiz pul vahidi

Hər bir ölkənin valyuta dəyərləri onların iqtisadi gücü nisbətindən asılıdır. Ölkədə baş verən siyasi və ya iqtisadi dəyişikliklər bir başa həmin ölkənin pul vahidinə öz təsirini göstərir. Bu yazıda Sizə tələb və təklif tarazlığının əsiri olan 10 pul vahidini təqdim edirik:

PULSUZ TƏLİM HESABI AÇIN
100.000$ VİRTUAL VƏSAİT İLƏ QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN

Cənubi Koreya vonu (KRW)

cənubi koreya

Son illərdə texnologiya və sənayenin inkişaflarına baxmayaraq, Cənubi Koreya valyutası hələ də ən dəyərsiz valyutaların sırasındadır. Dünyanın ən qiymətli markalarına sahib ölkənin pul vahidinin dəyərsiz olması maraqlı görünür. 1 dollar = 1067 KRW.

Kamboca Rieli (KHR)

Ölkə bir turizm cənnəti kimi görünsə də, Kambocanın bu görkəmi, əslində bir çox ölkə ilə müqayisədə onun pul vahidinin dəyərsiz olmasındna irəli gəlir. Burada 1 Amerika Dollarlarının qarşılığı 4057 riel-dir.

Paraqvay Quaranisi (PYG)

Bir çoxlarına yuxu kimi görünsə də, orada yaşayanlar üçün dəhşət hesab olunur. Bəli, söhbət Cənubi Amerikada qitəsində yerləşən Paraqvaydan gedir. Dünyanın ən ucuz ölkələrindən hesab olunan Paraqvayda 1 dollar 5606 quariniyə bərabərdir.

Sierra Leone leonesi (SLL)

Ölkənin adını eşitdikdə ilk edilən iş xəritədə harada olduğuna baxmaq olur. Qərbi Afrikada yerləşən bu ölkənin valyutası 1964-cü ildən ölkənin rəsmi valyutası kimi istifadə edilmişdir. 1 Dollar 7,692 SLL-dir

Qvineya Frankı (GNF)

Afrika qitəsinin qərbində yerləşən Qvineya ölkəsi də dünyada ən dəyərsiz pul vahidlərindən birinə sahibdir. Müstəmləkə dövründən sonra müstəqilliyini əldə etmiş Qvineyada 1 dollar 9030 GNF-ya yəni Qvineya frankına bərabərdir.

Laos Kipi (LAK)

Laos Xalq Demokratik Respublikasının pul vahidi olan bu tayfa, uzaq şərqin ən dəyərsiz pul vahidlərinə sahibdir. Burada bir 1 dollar 8333 LAK-a bərabərdir.

İndoneziya Rupisi (IDR)

Bu pul vahidini Hindistanın pul vahidi olan rupiya ilə qarışdırmayın Rupiah, tamamilə İndoneziyaya məxsus bir pul vahididir. Qarışıq iqtisadiyyatın hökm sürdüyü İndoneziyada 1 dollar 13966 IDR-ə bərabərdir.

Vyetnam Donqu (VND)

Mübaribələrdə adı çox hallansa da, gözəl təbiəti ilə turistləri özünə cəlb edən Vyetnamda 1 dollar 22779 donqa dəyişdirilir ki, bu da ölkə adının ən ucuz ölkələr siyahısına daxil olmasını təmin edir.

Sao Tome Dobrası (STD)

Sao Toma, Afrika qitəsinin qərb hissəsində yer alan və kiçik əhalisi olan bir ada ölkəsidir. Burada 1 dollar 20571 dobra-ya dəyişdirilir.

İran Realı (IRR)

Dünyanın ən dəyərsiz pul vahidləri sırasında İran İslam Respublikasının pul vahidinin də adı var. Bu ölkədə 1 dollar 42105 real-a bərabərdir.

Exit mobile version