X

Hər gün daha yaxşı bir sən üçün özünə yatırım et

Pul ilə bağlı doğru bilinən yanlışlar

YANLIŞ 1 – “Pul önəmsizdir” düşüncəsi.

“Pul hər şey deyil”, “pul əl çirkidir” deyə fikirləri ətrafımızda çox eşidirik. Əslində isə bu fikirlər qismən də olsa yanlışdır. Pul əslində çox vacib bir vasitədir. Pul həyatınızı daha yaxşı qurmaq, ailənizin ehtiyaclarını ödəmək üçün çox lazımi nüansdır. Pul bir çox hallarda güvənliyinizi və rahatlığınızı təmin edər.

Ətrafınızda sevdiyiniz insanlara “artıq mənə lazım deyilsən” dedikdə nəticə necə olur? Böyük ehtimal onlar sizdən uzaqlaşmağa başlayacaqlar. Eyni şey pulunuza da aiddir. Bir dost kimi baxdığınız pul sizin üçün əhəmiyyətli olmayacaqsa sizdən uzaq olacaqdır.

YANLIŞ 2 – “Məktəbdə və ya universitetdə oxuduqlarınız pul qazanmaq üçün kifayət edər” düşüncəsi.

Bəzən insanlar elə düşünür ki, məktəb və ya universitetdə aldıqları tədris pul qazanmağın yollarını tapmaq üçün kifayət edir və buna qane olaraq davam etməyi seçirlər. Düzdür, oxumaq, təhsil almaq gələcəyi yaxşı qura bilmək üçün bir vasitədir, ancaq oxuduğumuz yerlərdə pul idarəçiliyi, pul qazanmağın yolları və s. Ilə bağlı mövzular demək olar ki, yoxdur. Həyatınızı ha yaxşı yaşamaq üçün təhsildə öyrəndikləriniz kifayət etmir. Bunun üçün daim özünüzə yatırım etməli, müasir qazanc yolları axtarmalı, düşüncə tərzinizi zənginləşdirməlisiniz

YANLIŞ 3 – “Pul qazanmağın tək yolu yalnız bir işdə işləməkdədir.” düşüncəsi.

Kiçik yaşlarımızdan bəri əldə etmək istədiyimiz şeylərlə bağlı bizlərə “əgər yaxşı bir işin olarsa istədiklərinə daha tez nail olarsan” öyrədildi. Ailəmizə, yoldaşlarımıza mənim pul qazanmağa ehtiyacım var deyildiyində, “bir işə girməlisən” sözü ilə qarşılaşırıq. Pul qazanmağın yeganə yolu yalnız bir işdə işləməkdirmi?

Məhz buna görə “pul dünyasının” necə çalışdığını anlamaq məcburiyyətindəyik. Pul, bir məhsul və ya xidmət qəbulunun dəyərinə qarşılıq verdiyimiz vasitədən başqa bir şey deyil.
Bu səbəbdən burada kritik mövzu zamanınızın nə qədər qiymətli olduğudur. Zamanı necə xərclədiyimiz, məşğul olduğumuz şeylərlə bağlı düşündüyümüzdə və zamanı gəlirə çevirmək düşüncəsinə hakim olduqda zehnimizi daha doğru istiqamətə fokuslamış olarsınız.

YANLIŞ 4 – “Zəngin insanlar yaxşı insan deyillər.” düşüncəsi.

Zəngin insanlarla əlaqədar nədənsə bir çoxumuzda pis bir fikir hakimdir. Çünki ətrafımızda olan insanlar zənginlərin eqosu yüksək, özündən razı, kobud olduqlarını beynimizə yerləşdiriblər.
Bu səbəbdən bu hiss bizə zənginlər kimi olmamaq düşüncəsini şüuraltı da olsa formalaşdırır. “Əgər zəngin olsam məndə pis ürəkli olmaq məcburiyyətində qalaram” düşüncəsi fərqində olmadan şüuraltı olaraq bu mövzuyla əlaqədar düşünmə formamızı mənfi istiqamətdə yönəldir.
Bu səbəblə həyata başqasının gözündən deyil, özünüzə inanaraq baxın. Daha yaxşı bir həyat üçün özünüzü inkişaf etdirin, doğru qərarlar qəbul etməyi və qarşınıza çıxan fürsətlərdən yararlanmağı öyrənin.

YANLIŞ 5 – Maliyyə problemlərinin səbəbini başqasında axtarmaq.

Bir çox insan, xüsusilə maliyyə vəziyyətlərindən şikayətçi olarkən, problemin səbəbini özlərində deyil başqa amillərdə görürlər, eləcə də həll yollarını kənarda axtarırlar. Ancaq çox vaxt problemlər kənardan deyil deyil insanın özündən qaynaqlanır.

Maliyyə məsuliyyətimizi öz üzərimizə almadığımız və “artıq bir şey etməliyəm” demədiyimiz müddətcə bu problemlərin davam etmə ehtimalı çox yüksəkdir.
Bu nöqtədə ən qiymətli varlığınız zamanınızı nəyə xərclədiyiniz, düşüncənizin nə ilə məşğul olduğu çox əhəmiyyət daşıyır. İndiki vaxtda insanın fokusunun dağılması üçün çox faktor var; instagram, facebook, telefon, televiziya və s. Bir düşünün bu sadalananlara gün ərzində neçə saat sərf edirsiniz?
Bu vasitələrə xərclədiyiniz səmərəsiz zamana qarşılıq olaraq maliyyə vəziyyətinizin yaxşılaşdırılmasına, yeni qazanc üsullarının öyrənilməsinə nə qədər zaman sərf edirsiniz?
Zaman ən əhəmiyyətli investisiya vasitəsidir. Bu zaman ərzində atacağınız addımlar, edəcəyiniz investisiyalar, öyrəndiyiniz üsullar çox önəmlidir.

Sadaladığımız 5 maddədə pul ilə bağlı yanlış bilinən həqiqətləri izah etməyə çalışdıq. Yekun olaraq, bilmədiklərimizi bilmədiyimizi özümüzə etiraf etmək əhəmiyyətli bir addımdır. Bilmədiklərimizi öyrənmək və gələcəyimizə investisiya etmək isə özümüzdən başlayır.

Categories: Məqalələr
InvestAZ:
Related Post