Gələcəyinizə yatırım etmək və bunu ən qısa müddətdə həyata keçirmək mümkündür. Ümumiyyətlə, qısa müddət ərzində yüksək gəlir əldə etmək bazar iştirakçılarına xəyal kimi görünsə də, bilik və təcrübə sayəsində bunu reallığa çevirmək olar.
Fond birjaları və FOREX maliyyə bazarı özü özlüyündə fərqli bir dinamikliyə malikdirlər. Bir maliyyə bazarında tətbiq etdiyiniz strategiya, digər maliyyə bazarında eyni nəticəni verə bilməz. Məhz buna görə də hər iki maliyyə bazarını yaxşı tanımalı və vəsaitlərinizi dəyərləndirmədən əvvəl hədəfləriniz üçün ən uyğun bazarı seçib, hansı istiqamətdə strategiya quracağınızı müəyyən etməlisiniz. Qısa müddət ərzində gəlir əldə etmək mümkün olsa da, risklidir.
