Site icon InvestAZ Blog

“Blockchain” nədir?

blockchain nədir

blockchain nədir

Son zamanların trend mövzusu olan kripto valyutaların iş prinsipi ilə bağlı danışarkən burada xüsusilə “Blokçeyn” texnologiyasını vurğulamaq çox önəmlidir. “Blokçeyn” texnologiyası haqqında isə bu məqalə vasitəsilə tanış ola bilərsiniz.

Son müddət “bitcoin” kimi önəmli kripto valyutaların qiymətlərində müşahidə edilən yüksək volatillik, ümumilikdə kripto valyutalara olan marağın artmasına səbəb olur. Bu da özü ilə bərabər sahənin əsasında dayanan fundamental biliklərə olan tələbi artırır. Təkcə, “Bitcoin” son bir ay ərzində 45% ucuzlaşmışdır. Sahə ilə bağlı fundamental biliklərin artırılması, marağın daha da artması və sahəyə yatırımlar üzrə risklərin düzgün idarə olunmasına imkan yaradır.

Blockchain (Bloklar zənciri)

“Blok” məlumat sahəsindən ibarət (məsələn, “ad”, “ünvan”, “doğum tarixi” və s) bir strukturudur. “Blokçeyn” (ing.: “Blockchain”) isə blokların bir-biri ilə kriptoqrafik olaraq birləşmələrindən formalaşan zəncirdir və bu zəncirə “Paylanmış hesablar sistemi” (ing.: “Distributed Ledger Technologie”) də deyilir.
“Distributed Ledger Technologie” açıq və mərkəzsiz aparılmış hesabdır. Sistem rəqəmsal ödəniş və iş münasibətlərində istifadəçidən istifadəçiyə olan ötürmələri nəzarət edici bir mərkəzin olmamasına baxmayaraq, qeyd edir və təsdiq edir.
Beləlliklə, “Blockchain” texnologiyasının əsasını iki əsas komponent tutur. Kriptologiya və “Paylanmış hesablar sistemi”. Bu iki önəmli mövzu öyrənildiyi zaman, digər bütün texniki detallar artıq asanlıqla aydınlaşır.

Kriptoqrafik zəncirlənmə sisteminin tarixi

Blokların kriptoqrafik formada təhlükəsiz zəncirlənməsinin ilk əsaslarını 1991-ci ildə Stuart Haber və V. Skot Stornetta, 1996-ci ildə Ross J. Anderson və 1998-ci ildə Brus Şnayer & Con Kelsey yazıblar. Bunlarla paralel 1998-ci ildə Nik Sabo mərkəzsiz rəqəmsal valyuta mexanizmi üzərində işləyib və “BitGold” adlandırıb. 2000-ci ildə Stefan Konst kriptoqrafik formada təhlükəsiz zəncirlənmənin ümumi nəzəriyyəsini yaradıb və bununla da həyata keçirilməsinin müxtəlif metodlarını təklif edib.

Heş funksiya

Hər bir blok özündən əvvəlki blokun kriptoqrafik heşinə (ing.: “hash”), vaxt arayışına və köçürmə əməliyyatlarına sahib olur.
Heş funksiyası paylanılmış dəyərlər funksiyasıdır. Kriptoqrafik heş funksiya isə heş funksiyasının xüsusi formasıdır və “bir istiqamətli funksiya” da adlanır.

Mərkəzsizləşmiş mühasibatlıq

“Blockchain”-də mühasibatlığın mərkəzsizləşmiş formada həyata keçirilməsi konseptindən istifadə olunmasına baxmayaraq, düzgünlük konsensusuna bütün istifadəçilərin iştirakı ilə nail olunur.
Bu, onunla əlaqədardır ki, “Blockchain”-də nəyin mühasibatlığının aparıldığı önəmli hesab edilmir. Burada valyutanın dəyəri, ipoteka mühasibatlığı, Vikipedia qeydləri, sənət əsərləri və yaxud müqavilələr ola bilər. Önəmli olan odur ki, sonrakı əməliyyatlar əvvəlki əməliyyatlara uyğun gəlsin və düzgünlüyünü təsdiq etsin (əvvəlki əməliyyatları göstəricilərini göstərməklə, təsdiq etməklə). Bu da öz növbəsində, əvvəlki və sonrakı əməliyyatların manipulyasiyasını mümkünsüz edir.
Belə ki, sonrakı əməliyyatlar haqqında məlumatı olan sərbəst mühasibatlığın istirakçıları manipulyasiya olunmuş Blockchain kopyasını çox asanlıqla tapa bilirlər, çünki bu zaman göstəricilər çox qısa olur və uyğunsuzluqlar özünü həmin an göstərir.
Butün sözügedən proses kripto valyutalar (paylanmış sistemlər) üçün texniki bazanı təşkil edir, zəruri halda əməliyyat təhlükəsizliyinin sadələşdirilməsi və yaxşılaşdırılmasına xidmət edir.

İstifadəsi

Ümumilikdə bu texnologiya belə anlaşılmalıdır ki, “Blockchain”-də qeydlər edirsən, və bu qeydləri silmək mümkün deyil. Həmçinin rəqəmsal dəyərlər də mübadilə etmək olur. Bunun üçün sadəcə qeydləri aktivləşdirmək lazımdır. Bu aktivləşdirmə isə bir növ “rəqəmsal razılaşmalar” (ing.: “Smart Contracts”) ilə avtomatlaşdırılır. Bütün bunlar isə maliyyə sektorunun infrastrukturunu yeni kəşf etməyə imkan verir.

Dünyada təşkilatlar var ki, gizli informasiyaların saxlanılması və idarə olunması ilə məşğuldurlar – neytral üçüncü tərəf xidməti. Bu proses də artıq gələcəkdə öz formasını dəyişə bilər.

“Blockchain” bir şəbəkədir. “Alibaba”, “AirBnb” və “Uber” kimi. Lakin bunlar mərkəzləşdirilmiş sistemlərdir, yəni işin monopoliyası mövcuddur. “Blockchain”-də isə bu şəbəkələr mərkəzsizdir və bir növ bir cəmiyyət içində işlək olur.

Bu gün əsas müzakirələr bu texnologiya ətrafındadır. Gələcək üçün bu cür kooperativ şəbəkələrin iş modellərinin qurulması prioritet mövzulardan hesab edilir.

Texnologiyanın cəmiyyət üçün daha önəmli faydası isə rəqəmsal imzadır. Rəqəmsal imza bizə informasiyaları oxuyub, yoxladıqdan sonra onları təsdiq etməyimiz üçün əlverişli imkan yaradır. Bununla yanaşı, bu, əl ilə imzadan daha çox təhlükəsizdir. Beləliklə, yeni texnologiya gələcəkdə əl ilə imzanı da əvəz edəcəkdir.

Exit mobile version