Share This Article
Kapital bazarlarında investor olmaq digər investisiya sahələrindən çox fərqlidir. Bu sahə üzrə hər gün yeni biliklərin öyrənilməsi daha peşəkar olmağa zəmin yaradır. Yatırım bazarları bir çox fərqli maliyyə alətləri və yüzlərlə müxtəlif məhsul seçimləri ilə doludur. Ancaq dəyişən bazar şəraitində hansı məhsula investisiya etmək seçimi çətindir. İnvestisiya məhsulunu seçməklə yanaşı bu məhsul haqqında ətraflı məlumat olmalıdır.
İndiki dövrdə insanlar bir çox fərqli metodla özlərini inkişaf etdirə bilərlər. Klassik təlimlərdən əlavə olaraq, onlayn təlimlər, youtube videoları və google-dan məhdudiyyətsiz bir məlumat mənbəyi əldə edilə bilər. Bununla birlikdə, investisiya dünyasının heç vaxt imtina edə bilməyəcəyi vacib kitabları sizinlə bölüşmək istərdik.
Maliyyə bazarlarında hələ yenisinizsə, sizi bu bazarın sehrli dünyasına hazırlayan kitabları oxumağı tövsiyə ediirk.
Birja spekulyatorunun xatirələri
Bu kitab 1923-cü ildə Edvin Lefevre tərəfindən yazılmışdır. Üzərindən on illər keçməsinə baxmayaraq Birja Dünyasında yaşanılan hadisələr zəncirinin davamlı təkrarlandığı görülməkdədir. Yeni investorların eyni tip vəziyyətlər qarşısında hansı addımlar atılmasını öyrədəcək bir kitabdır.
Birja sehrbazları
Müəllifi Jack D. Schwager tərəfindən yazılan kitab maliyyə və investisiya dünyasının klassikləri arasında yer almışdır. Kitab 1998-ci ildə yazılmış və dövrün ən uğurlu treyderlərinin həyat hekayələrini izah edir. Səhm bazarları, Fyuçerslər, Valyuta və Əmtəə bazarları kimi bir çox fərqli bazarlarda əməliyyat edən treyderlər ilə müsahibə edən kitabın müəllifi, treyderlərin inanılmaz müvəffəqiyyətləri ilə yanaşı bəzi uğursuz əməliyyatları ilə gələcək nəsillərə işıq tutmuşdur.
Warren Buffett üslubu
Bu gün dünyanın ən varlı insanlarından olan Uorren Buffet bütün dövrlərin ən böyük yatırımçısı hesab olunur. Xüsusilə səhm yatırımlarıyla məşğul olan və milyard dollarlıq sərvətin meydana gəlmə hekayəsini yazan Robert G. Hagstrom Buffet üslubunun fəlsəfəsini sərmayəçilərə təqdim edir.
Valyuta müharibəsi
James Rickards tərəfindən yazılmış kitab, xüsusən də valyuta bazarlarında ticarət edən investorların məzənnə dəyişikliyinin əsas səbəblərini ətraflı şəkildə izah edir. Ölkələr arasında yaşanan iqtisadiyyat çəkişmələri sayəsində Valyuta dəyərləri ilə edilən manipulyasiyaların pərdə arxasını, həm siyasi, həm də iqtisadi baxımdan anlamağınızı təmin edəcək.
Maliyyə bazarlarının əlifbası
Azərbaycanda Qlobal Valyuta bazarları haqqında ilk kitabın müəllifi Elşən Quliyev, “Maliyyə bazarlarının əlifbası” kitabında foreks bazarına aid bir çox məsələlərə ətraflı şəkildə toxunmuşdur. İnvestorlara bu sahədə əhəmiyyətli yol göstərən və Beynəlxalq birjalarda 15 ildən çox ticarət təcrübəsi olan Elşən Quliyev, eyni zamanda InvestAZ investisiya şirkətinin təsisçisi və İdarə Heyətinin Sədridir. Fəlsəfi baxımdan fərqli bir dünyagörüşünə sahib olacağınız kitabda, Foreks bazarının kimyasını daha yaxşı bir şəkildə anlayacağınıza köməkçi olacaq.