Site icon InvestAZ Blog

Birjada alış əməliyyatı icra etmək üçün ən uyğun zaman

Dünyanın ən bahalı səhmləri hansılardır?

Dünyanın ən bahalı səhmləri hansılardır?

Əslində birjalarda alınan səhmlər və fondlar ilə bazardan alınan alma və pomidor arasında o qədər də fərq yoxdur. Necə ki, almanı, pomidoru hətta avtomobilinizin yanacağını ən ucuz yerdən alırsınız, səhm və fondları da eyni prinsipə görə əldə edirsiniz.

Birjada davamlı olaraq qısa müddətli eniş və yüksəlişlər bir trend əmələ gətirir. Qısası alqı-satqı edərkən iki əsas nöqtələri nəzərə almaq lazımdır.

Trend hansı istiqamətdə hərəkət edir?

Birjalarda trendin aşağı və ya yuxarı doğru hərəkət etməsinə bir çox faktorlar təsir edir. Qlobal və ya ölkələrarası iqtisadi vəziyyət, siyasi və ya hərbi böhranlar, bəzi böyük şirkətlərin iflası ilə yaranan zəncirvari reaksiyalar kimi bir çox amillər birjada qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Digər tərəfdən isə qlobal və ya ölkələr arası aktiv münasibətlər, aşağı işsizlik səviyyəsi, artması gözlənilən faiz dərəcələri kimi bir çox amillər də birjada qiymətlərin artmasına səbəb ola bilər.

Bu baxımdan atmalı olduğunuz ən önəmli addım xəbərləri izləmək, iqtisadi məlumatları təqib etməklə, birjada yarana biləcək mənfi və ya müsbət dalğalanmaları öncədən müəyyən edə bilməkdir. Bundan əlavə yatırım etməyi düşündüyünüz səhmlər və ya fondla bağlı olan xəbərləri təqib etmək, müsbət və mənfi prosesləri vaxtında qiymətləndirməlisiniz.

Yatırım etməyi düşündüyünüz Səhm və ya Fondun qiyməti aşağıdır?

Hər nə qədər birja indeksləri bazarın ümumi hərəkətini əks etdirsə də, hər bir maliyyə alətinin özünəməxsus, bəzən də birja indeksi ilə uyğun gəlməyən hərəkətləri var. Bu baxımdan yatırım etmək istədiyiniz maliyyə alətini dərindən incələməli, hərəkətləri təhlil etməli, hazırda dəyər qazanmasını və ya əksinə dəyər itirməsini müəyyən etməlisiniz.

Nə zaman alış əməliyyatı icra edə bilərəm ?

Ticarət strategiyanıza və risk səviyyənizə uyğun gələn maliyyə alətini seçdikdən sonra alış əməliyyatı icra edəcəyiniz ən doğru nöqtə, birjada ticarət olunan maliyyə alətinin eniş edəcəyi ən aşağı və yüksələcəyini təxmin edəcəyiniz ən yuxarı səviyyələrdir. Məhz bu nöqtələr baza mütəxəssisləri tərəfindən müqavimət xətləri olaraq müəyyən olunmuşdur.

Bu sahə üzrə mütəxəssislərin fikirlərini dinləməyiniz tövsiyyə olunur. Müəyyən müddətdən sonra birjalar təcrübə topladıqdan sonra özünüzə məxsus bir dəsti xətt yaratdığınızın şahidi olacaqsınız. Bilik, təcrübə və öz dəsti xəttinizlə birlikdə mütəxəssislərin də fikrini dinləməklə daha inamlı addımlarla ticarət edə bilərsiniz.

Exit mobile version