Share This Article
Birjada pul qazanma mövzusunda daha yaxşı bir performans sərgiləmək istəyirsiniz?
Əlbəttə istəyirsiniz!
Lakin keçmişdə etdiyiniz səhvləri təkrarlayaraq müvəffəqiyyətə çatmağınız mümkün deyil. “Ah vah” edərək də investisiya zəkanızı inkişaf etdirməyiniz çox çətindir. Ancaq daha yaxşı bir investor olmağınız üçün bəzi əhəmiyyətli üsulları vardır.
Məsələn, nevrologiya kimi birja ilə heç əlaqəsi olmayan bir elm sahəsi birjada daha yaxşı investisiyalar etməyinizi təmin edə bilər. Dünyanın bir çox universitet və elm qurumlarında elm insanları son texnologiyaları istifadə edərək beynin quruluşu və yatırımçılıq arasında körpü qurmağa çalışır.
Bu yazıda, niyə bir şəkildə yatırım etdiyinizi və daha yaxşı investisiya etmək üçün beyninizdən necə faydalanacağınızı sizə göstərəcəyik.
Araşdırmaçılar beyin üzərində beynin mükafat mexanizmi, risk analizi və ehtimal qiymətləndirməsi kimi komponentlərini araşdırır. Bunlar isə ən fundamental mənasıyla yatırımçılığın ABC-sidir.
“Massachusetts Institute of Technology”-nin maliyyə professoru olan Andrew Lo belə deyir:
“İnvestor da insandır. Buna görə, insanın beyninin necə işlədiyini və müəyyən vəziyyətlərə necə reaksiya verdiyini bilmək investorların səhvlərini qarşısını almaq üçün vacibdir. ”
Beynin inkişafı və duyğuların yaranması
Əslində biz bəşər tarixinin çox hissəsində ovçu və toplayıcı olmuşuq. Kiçik qruplarda yaşayar, heyvanları ovlayar, yeməli bitkiləri toplayar, yırtıcılardan qaçar, pis hava şəraitində özümüzə sığınacaq axtarardıq. Bu gün sahib olduğumuz beyin təməl olaraq bu vəziyyətlərə görə inkişaf etmişdir. O zamanlarda qidanın harada ola biləcəyini doğru təxmin edə bilməyən bir “insan” ölməyə məhkum olardı. Doğru təxmin edən bir insana isə qəhrəman gözüylə baxılardı.
İndi beynini biraz daha yaxından tanıyaq. İlk baxacağımız amiqdala: beynin aşağı bölgəsinin dərinliklərindədir. Bu strukturlardan həm sağda, həm də solda olmaqla ikisi var. Badam şəklində olan amiqdala, qorxu və ya əsəb kimi sürətli duyğuların mərkəzidir və beynin erkən xəbərdarlıq sisteminin bir hissəsidir. Məsələn, qəflətən böyük bir hörümçək üstünüzə düşərsə, bu hörümçəyin həqiqi və ya bir oyuncaq olub olmadığını düşünməyəcəksiniz. Dərhal qorxaraq yerinizdən tullanacaqsınız. Bu əsnada beynin amiqdala bölgəsi vəzifə başındadır.
Yüksək səslər amiqdalanı aktivləşdirir. Vəziyyətin nə olduğunu bilmədən tərləməyə başlayar, ürək döyüntünüz sürətlənər. Belə bir anda beyniniz sizə “ya döyüş, ya da qaç” xəbərdarlığı edər.
Amiqdalanı hərəkətə gətirən tək şey fiziki təhlükə də deyil. Tədqiqatlar sayəsində nevroşünaslar maddi qazancın amiqdalaya böyük təsir göstərdiyini aşkar ediblər. ABŞ Xalq Sağlamlığı araşdırmalar mərkəzində aparılan bir araşdırmaya görə, bir insana pul itirdiyini söyləsəniz onun amiqdalasının daha da aktivləşdiyini müşahidə edərsiniz. Harvard Universitetindəki bir araşdırma göstərir ki, pul itirmək gözləntisi amiqdalanı intensiv şəkildə stimullaşdırır.
İnvestisiya dünyasında panika halındaykən atılan addımlar pul itkisinə gətirib çıxaracaq.
Buna görə də bu vəziyyət uzunmüddətli yatırım strategiyası üçün olduqca pis bir haldır. Amiqdalada aktivlik adrenalin ifrazına da səbəb ola bilər. Adrenalin isə xatirələri daha da sabit və qalıcı edir. “University College London”-da aparılan bir araşdırmaya görə, maddi itki beynin hippokamp adlanan bölgəsini ön plana çəkər. Bu bölgə amiqdalaya çox yaxındır. Qorxu, narahatlıq kimi hissləri və xatirələri proqramlaşdırmağa kömək edir. Bu isə keçmişdə uğursuz olan əməliyyatlar səbəbilə qarşıya çıxan fürsətlərdə qərarsızlıq vəziyyəti yaradar.
Beyinin dirijoru
Əgər amiqdalanın təmin etdiyi “qaç ya da döyüş” düşüncəsi olmasa əsla rahatlıq tapa bilməzdik. Xoşbəxtlikdən, alnımızın altındakı beyin hissəsi (prefrontal korteks) yaşadığımız hadisələri “yaddaş” olaraq saxlamaq imkanı verir. Beləliklə, müəyyən məlumatlar işığında ümumi rəy alırıq və hərəkətlərimizin nəticələrini proqnozlaşdırırıq. Bu daha balanslı mülahizələr verir. Beləliklə, prefrontal korteksimiz bədənimizin və beynimizin orkestr dirijorudur.
Milli Səhiyyə İnstitutunun professoru Jeff Grafman, prefrontal korteksi zədələnmiş bir qrup Vyetnam veteranını araşdırıb. Bu insanlar maliyyə vəziyyətlərini düzəltmək üçün az səy göstərdikləri ortaya çıxıb. Grafman-nın araşdırmasına görə, zədələnmiş korteksli insanlar, normal insanlarla müqayisədə aylıq gəlirlərini sabitləşdirməyə daha çox diqqət yetirirlər, lakin normal insanlara nisbətən təqaüdə və ya uzun müddətli maliyyə planı qurmağa daha az cəhd göstərirlər.
Antoine Bechera isə belə deyir: “Fırıldaqçılıq hadisələrində həmin insanın zehninə təsir edən amil dərhal mükafat ala bilməsi hissidir. Bu kimi insanlar belə qısamüddətli maraqlardan həddindən artıq təsirlənir. Əgər uzunmüddətli perspektivdə baş verə biləcək nəticələri proqnozlaşdıra bilsə bu cəlbedici təklifdən imtina edər. Prefrontal korteksdəki ən kiçik zədə belə, insanları gələcək planlarını ləğv edə və insanda miyopik təsir buraxa bilər.”
Proqnoz asılılığı
Hər birimiz bir çox hallarda təxminlər edər və bu təxminlərin doğru olacağına özümüzü inandırarıq. Yaxşı, bəs bu proqnoz etməyə niyə bu qədər bağlıyıq?
Cünki, başqa bir seçimimiz yoxdur, beynimiz bizi təxminlər etməyə məcbur edir. Bu bioloji bir vəziyyətdir. Hətta deyə bilərik ki, bəzi insanlar “təxmin asılılığı” ilə anadan olublar.
Beynin iki bölgəsi: “nucleus accumbens” və “anterior cingulate” – bu iki bölgə iki qarşı alternativ arasından birini seçmək və nümunələri müəyyən etmək üçün fəaliyyət göstərir. “Nucleus accumbens”, beynin alt səthində yerləşir. “Anterior cingulate” ön beyin mərkəzindədir.
Dopamin
Kembric Universitetindəki neyrofizioloq Wolfram Schultz o qədər vasvası bir insandır ki, çay stəkanlarını ofisdə istifadə etmədiyi bir dəsmalın üzərinə çevirir və bununla da stəkanların lazımsız tozlanmasının qarşısını alır. Schultz-un beynin mikro quruluşunu araşdıran bir elm insanı olaraq bu vasvasılığı səbəbsiz deyil. Neyronlarda elektrokimyəvi fəaliyyətlə məşğul olan Schultz, dopaminin necə işlədiyini araşdırır. Dopamin beyində mükafatı əvəz edən bir hormondur. Başqa sözlə, investisiya etdiyiniz bir şirkət birjada böyük bir dəyər qazandıqda, dopamin ifraz olunur və bu hormon sizi xoşbəxt edir. Son tədqiqatlar sübut edir ki, dopamin və yatırım arasında çox vacib bir əlaqə var.
Bir şeyi təxmin etmək nə qədər çətindirsə, təxmin düzgün olduqda daha çox dopamin ifraz olunur. Bu dopamin beyində bir növ həvəs və xoşbəxtliyə səbəb olur. Bu, risk etmək istəyimizin artmasına səbəb olur. Risk etmək istəməsəydik əcdadlarımız mağaraları tərk etməzdi, müasir sərmayəçilər pullarını yastıq altında saxlayardılar.
Yenə Harvardda aparılan bir araşdırmada maddi qazanc əldə etmək istəyən insanların beyni ilə kokainə bağlı olan insanların beyni arasında şok oxşarlıq aşkarlandı. İnvestorların əksəriyyəti gələcəyi təxmin etmə xəyalı ilə yaşayırlar.
Beyinə nəzarət
Son olaraq bu məlumatları daha yaxşı bir investor olmaq üçün necə istifadə etdiyinizə və beyninizi necə idarə edə biləcəyinizə baxaq.
Beyninizin iş şəklini dəyişdirə bilməzsiniz. Bunun əvəzinə beynin güclü və zəif tərəflərindən faydalanmağı öyrənməlisiniz. Mümkün investisiya vərdişləri qazanmalı və beyninizi öhdəsindən gəlməkdə çətinlik çəkdiyi qərarlardan azad olmalısınız.
Nevrologiya işığında yatırım dünyasında edə biləcəyiniz bəzi nüanslar var.
Qiymətləri gündəlik təqib etməyin. Amiqdala demək olar ki, qarşısı alınmaz bir güc olduğu üçün panikaya səbəb ola biləcək mənzərələrdən mümkün qədər uzaq durun. Hesablarınızı ayda iki dəfədən çox yoxlamayın. Dostlarınıza və ailənizə söz verin, bunun sayəsində özünüzə nəzarət etmiş olarsınız. Warren Buffett kimi investisiya dahiləri bütün pullarını birjaya yatırtmaqdan imtina etməyə bilərlər, ancaq siz heç bir zaman bütün pulunuzu birjaya yatırmamalısınız. Ən azı 1-2 il müddətində ehtiyacınız olmayacaq və ya tamamilə unuda biləcəyiniz pul ilə birjaya investisiya qoymaq və pulunuzun maksimum 75%-i ilə birjaya investisiya etmək ən məntiqlisidir.
Uzunmüddətli düşünün. 2-3 dəfə baş verən uğursuzluqlar sizi əsas hədəfdən yayındırmamalıdır. Yalnız yüksəliş trendinə daxil olaraq qısa müddət ərzində qazandığınız üçün düşündüyünüz maliyyə alətlərini satın almayın.
Sərmayələrinizi diversifikasiya edin. Bütün pulunuzu tək bir alətə yatırmayın. Beyninizin sizə qarşı işləməsini istəmirsinizsə, bir alətə investisiya qoymayın, investisiya səbətinizi şaxələndirin.