Site icon InvestAZ Blog

Aşağı, Orta və Yüksək gəlir gətirən maliyyə alətləri hansılardır?

Aşağı, Orta və Yüksək gəlir gətirən maliyyə alətləri hansılardır?

Aşağı, Orta və Yüksək gəlir gətirən maliyyə alətləri hansılardır?

Hər hansı bir sahəyə investisiya etməzdən əvvəl hər birimizin ağlında bir hədəf olur. Bu hədəfin ən kobud forması “mənfəət əldə etmək” olsa da, buna bir az açıqlama gətirməyimiz lazımdır. Hansı müddətə, nə qədər gəlir əldə etmək istədiyinizi ortaya qoyub, maliyyə alətləri barədə ətraflı məlumata sahibi olduqdan və üzərinizə düşəcək risk səviyyəsini müəyyən etdikdən sonra, vəsaitlərinizə istiqamət verməyiniz məqsədəuyğundur. Qısası, portfel idarəçiliyinə keçmədən əvvəl vəsaitlərinizi, yatırım məbləğinizi, yatırım müddətini və risk səviyyəsindən ibarət olan 3 əsas amili nəzərdə tutmağınız lazımdır.

Siz hansı risk səviyyəsindəsiniz? Hansı maliyyə alətlərinin gəlirliliyindən fərqlənəcəksiniz? Vəsaitlərinizin dəyərini ən yaxşı formada necə qoruyacaqsınız? Gəlir gözləntiləriniz nədir? Bu kimi suallara cavab verməklə, hədəflərinizə aparan yolu doğru müəyyən edə bilərsiniz.

Aşağı Riskli maliyyə alətləri

Aşağı risk səviyyəsini hədəfləyən yatırım dedikdə ilk başa düşülən aşağı gəlirlilik olsa da, əslində açar “risk” kəliməsində gizlənməkdədir. Kredit çiyni dəstəyi vasitəsilə əməliyyatlar icra edərək daha az gəlir əldə edə bilərsiniz ancaq bunu edərkən risk səviyyəsini də aşağıda tutmalısınız. Xüsusilə uzunmüddətli ticarət edən bazar iştirakçıları üçün ideal bir maliyyə aləti olan aşağı risk səviyyəli yatırımlar, əsas vəsaitlər üzrə olan riskinizi minimuma endirərək, müntəzəm gəlir əldə etməyinizə kömək edəcək. Dövlət istiqrazları və Notları kimi yatırımlarda ən çox istifadə olunan maliyyə alətləridir. Əgər risk profiliniz bu növ maliyyə alətlərinə uyğundursa, özəl sektorun notlarına da üstünlük verə bilərsiniz.

Orta Gəlir gətirən maliyyə alətləri

Orta səviyyəli risk almağı planlaşdırırsınızsa, orta gəlirliyi hədəfləyən maliyyə alətlərinə yatırım edə bilərsiniz. Bu növ yatırımlar 19% üzərində olan gəlirlilik hədəflənir. Kredit çiyni əməliyyatları, xarici depozit/istiqraz və Səhm/VİOP kimi əməliyyatlar orta risk səviyyəsi anlayışına aiddir. Fərqli maliyyə alətlərinə yatırım edərək və portfelinizin dinamikliyini saxlayaraq orta gəlir hədəflərinizə çata bilərsiniz.

Yüksək riskli maliyyə alətləri

Yüksək gəlir hədəfləyən investisiyalar, qısa müddətli ticarət strategiyasına üstünlük verən bazar iştirakçıları üçündür. Gəlir gözləntiləriniz yüksək ola bilər, ancaq bununla bərabər risk səviyyənizin yüksək olacağını da anlamısınız. Əgər bunu qəbul edirsinizsə, kredit çiyni dəstəyi və depozit/istiqraz kimi yüksək gəlirli maliyyə alətlərinə yatırım edərək ticarət edə bilərsiniz. Risk və gəlir anlayışlarınıza uyğun portfelinizi formalaşdırıb, yatırımlarınıza istiqamət verməyiniz ən önəmli amildir. Bunun üçün aktivlərin idarəedilməsi üzrə mütəxəssilərə müraciət edərək vəsaitlərinizi qoruyaraq vaxtınıza qənaət edə bilərsiniz. Unutmayın, əhəmiyyətli olan stabil olaraq addımlamaqdır.

Exit mobile version