Share This Article
NEO coin, bazara ilk ”Antshares” adı ilə daxil oldu. Bu coin Şanxayda yerləşən Onchain şirkəti tərəfindən hazırlanıb. Bu yaxınlarda adı NEO olaraq dəyişdirildi. NEO eyni Ethereum kimi ağıllı müqavilələri mənimsədiyi üçün ” Çin Ethereum”-u da adlandırırlır.
Çin hökuməti Bitcoin-i dəstəkləmir, amma …
Keçmiş zamanda Çin hökuməti, Bitcoin-i pul vahidi olaraq tanımadığını bildirmişdi:
”Bitcoin rəqəmsal bir pul vahididir və bizim gözümüzdə real pul vahidləri ilə eyni statusa sahib ola bilməz. Ticarətdə alternativ ödəniş metodu kimi istifadə edilə bilməz və istifadə edilməməlidir. Bitcoin-ə investisiya edəcək adam və təşkilatlar diqqətli olmalıdır. Ayrıca bununla əlaqədar bütün məsuliyyət və riskləri də almalıdırlar ”
Ancaq NEO coin, Çin hökuməti tərəfindən dəstəklənir və hökumət tərəfindən maliyyələşdirilən bir konfransa dəvət edilərək təsdiq olunur.
NEO nədir?
2014-cü ildə virtual pul bazarına daxil olan NEO, Şanxayda yerləşən bir şirkət – Onchain tərəfindən təsis edildi. Burada da blok zəncir infrastrukturundan istifadə edilir. Yaradıcısı Zhang Zhengwen-dir. Onun komandasında neçə adam olduğu və kim harada işləyir kimi mövzular üzərində hələ də müzakirələr davam etməkdədir.
NEO niyə yüksəlir?
NEO-nun sürətlə artması və uğurlarının arxasında bəzi səbəblər var. Ethereum, özünü intellektual müqavilələr və İCO-lara imkan verən bir platform kimi göstərdi. Ancaq Ethereum yalnız Solidity program dili ilə məhdudlaşdırılmışdır. Digər tərəfdən NEO-da Ethereum kimi ağıllı razılaşmalara və ICO-lara icazə verilməkdədir. Onların arasındakı fərq yalnız NEO-nun bir çox proqram dilini istifadə etməsidir.
NEO, birdən çox şirkətlə müqavilələr imzalayaraq tərəfdaşlıq qurdu. Hal-hazırda, Agrello Bancor və Coindash ilə işləyir. Ayrıca dünyanın qabaqda gedən e-ticarət nəhəngi Alibaba və Onchain ilə iş birliyi olması da deyilir.