Share This Article
Skalpinq ticarət əməliyyatı açmağınız və bağlamağınız arasında olan müddətə bağlı olaraq 180 saniyə içərisində əməliyyatın açılıb/bağlanmasıdır. Başqa cür desək, 180 saniyə içində açdığınız əməliyyatdakı pip dəyərinin 10 və ya daha çox olmasına söykənir. Pip 10-dan çoxdursa skalpinq etmiş hesab olunur, 10-dan az olduğu təqdirdə scalpinq etmiş sayılmırsınız.
FOREX bazarında yeni ticarətə başlayan bazar iştirakçılarının scalpinqin istifadə qaydaları haqqında kifayət qədər məlumatı olmadığı üçün bu əməliyyat növü onlara riskli və stressli görsənir.
Scalpinq zərərlidirmi?
Skalpinqin zərərli olub olmaması tamamilə bazar iştirakçısına bağlıdır. Əgər ümumi olaraq ticarət üslubunuz bu şəkildədirsə, o zaman böyük risk altına girmiş olacaqsınız. Çünki bu cür ticarət əməliyyatları icra edərkən dinamik olan bir bazarda korreksiyanın nə zaman gələcəyini, qiymətin nə zaman əks istiqamətə gedəcəyini və ya azalmanın nə zaman baş verəcəyinizi təxmin etmək üçün müntəzəm olaraq analiz etmək etmək lazımdır. Təbii ki, belə bir mövqe tapmaq üçün göstərəcəyiniz səy və kompüter arxasında keçirəcəyiniz saatlar Sizə stress və baş ağrısı yarada bilər.
Skalpinqin ticarət əməliyyatlarımıza istər istəməz bir tələskənlik gətirdiyini açıq aydın müşahidə etmək olar. Tələskənlik və nizamsızlıq maliyyə bazarlarına xas olmayan bir xüsusiyyət olduğu üçün bazar iştirakçıları zamanla risk və stressə məruz qalırlar.
Bəs Niyə “Scalper” Olunur?
Skalpinqdən necə gəlir əldə etmək mümkündür? Skalpinqin gəlirli tərəfi belədir: Skalpinq ilə əldə edəcəyiniz gəlir FOREX bazarında ticarət etdiyiniz yatırım məbləğinizin həcmi ilə düz mütənasibdir. Bu üsulun sərbəst olduğuna və metod haqqında məlumatın həqiqətən də kifayət olduğuna inanırlarsa, o zaman FOREX bazarının qaydalarına uyğun olaraq sürətli bir şəkildə yüksək gəlir əldə etmək olar.
Xətalardan necə yan keçmək olar?
Sistematik xətalardan dolayı əmələ gələ biləcək skalpinq hadisələrinə qarşı bazar iştirakçısının heç bir addım atmasına ehtiyac yoxdur. Çünki bu cür problemlər yarandığı zaman məhsuliyyəti bazar iştirakçısı deyil, broker şirkəti daşıyır. Broker şirkətləri, əvvəlcədən aldıqları tədbirlərdə bu tip çətinliklərin yaşanmaması üçün müştəriyə yardımçı olur və skalpinq edildiyini hiss etdikdə dərhal bu tədbirlərin qarşısını alaraq bazar iştirakçısını risklərdən qoruyur.