X

6 addımla yatırım necə öyrənilir?

6 addımla yatırım necə öyrənilir?

Gələcəyə etibarlı və inamlı addımlar atmaq üçün diqqət etməli olduğunuz məsələlərdən biri də investisiya qoymaqdır. Əlbəttə ki, əvvəlcə bunun necə olacağını öyrənməlisiniz. Bunu bilmək üçün bir neçə vacib şey var:
İnvestisiya və ya yatırım sözünü eşidən bir çox insan tərəddüd edir və ya qazanmağın mümkün olmadığını düşünür. Ancaq bilməliyik ki, bu sahə bilavasitə bizim gələcəyimizə təsir edəcək bir sahədir. Çünki gələcək üçün maddi sıxıntılarınızın olacağını düşünürsünüzsə, bununla mübarizə aparmaq üçün ən effektiv yollardan biri budur.

Deməliyik ki, bu gün investisiya etməyi öyrənmək çox asandır. İnternet sayəsində çətinlik çəkmədən, soruşmaqdan bir çox çəkindiyimiz suallara cavab tapa bilərik.
Yatırım etməyi öyrənmək üçün çox sayda resursunuz olduğunu bilməlisiniz. Əhəmiyyətli olan, həqiqətən bunu etmək, çox çalışmaq və özünüzü inkişaf etdirmək istəyinizdir.

İndi isə yatırım etmək üçün hansı mövzuları nəzərdən keçirməyiniz lazım olduğunu incələyək:

Maddi vəziyyətinizi qiymətləndirin

Nə qədər qazancınız var və bunun nə qədərini yatırım üçün ayıra bilərsiniz? İlk olaraq bunu təyin edəndən sonra əlinizdə olan vəsaiti düzgün şəkildə planlamalısınız. Ümumiyyətlə sərmayə qoymaq üçün mütəmadi olaraq müəyyən bir məbləğə qənaət etməlisiniz.
“Qazandığımız pul tam yetmir, necə qənaət edə bilərəm?” deyənlər də mütləq olacaq. Unutmayın ki, bu barədə də edə biləcəyiniz işlər var. Gəlirinizi artırmaqla yanaşı pula qənaət etməyin yollarını da tapa bilərsiniz.

Yatırım dünyasını kəşf edin

Yatırım etmək üçün bazarları doğru seçməyi bilirsinizmi? Qədim dövrlərdən bəri, yatırım dedikdə bir çox insan zinət əşyaları, əmlak bazarına yatırım etməyi və fiziki valyuta mübadiləsi edib vəsaitini evdə saxlamağı düşünür.
Müasir dövrdə, internet üzərindən fərqli bazarlarda yatırım etək imkanı var. Bu isə ənənəvi yatırım məcralarından daha çox fürsət yaradan bazarlar olduğu üçün müasir düşüncəli investorlar əsasən bu bazarlara üz tuturlar. Məsələn, birja, Forex və s. kimi qlobal yatırım bazarları və ya digər alternativləri dəyərləndirərək özünüz üçün ən yaxşı investisiya üsulunu təyin edə bilərsiniz. Bundan sonra təyin etdiyiniz metod haqqında ətraflı məlumat almağınız tövsiyə olunur. Əgər siz Forex bazarını seçsəz, pulsuz təlimlərindən mütləq faydalanmalı və bazarın fəaliyyətini öyrənməlisiniz. İnvestisiya etmək qərarına gəldikdə, ən vacib addım təlimdir. Bilik və təcrübə olmadan əməliyyatlara başlamamalısınız.

Özünüzə hədəf müəyyən edin

Sabit və nizamlı yatırım əməliyyatları edə bilmək üçün mütləq özünüzə hədəf qoymalısınız. Bu məqsədə çatmaq üçün bir plan hazırlamalı və davamlı olaraq irəliləməlisiniz. Müəyyən bir məqsədə doğru irəliləmək, sadəcə pul qazanmaqdan daha yaxşı nəticələrə səbəb olacaqdır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün daha məntiqli qərarlar qəbul edəcəksiniz və əldə etdiyiniz müvəffəqiyyət sizə daha çox öyrənməyə, yatırım etməyə sövq edəcək. Hansı bazarda nə qədər qazanc əldə etmək istədiyinizi, investisiya üçün ayırdığınız pulla necə əməliyyatlar aparmaq istədiyinizi bilməlisiniz. Yalnız “bu istiqamətdə yatırım edərək pul qazanacam” deməməlisiniz.

Yatırım alətlərini incələyin

Yatırıma başlayarkən bir çox insanlar əsasən, valyuta, qızıl və neft ilə ticarət başlayırlar. Lakin maliyyə bazarlarında 100-dən çox alət vardır. Əslində ilk tanıdığınız və başladığınız bu investisiya vasitələri sizin üçün uyğun olmaya bilər. Ona görə bütün alətləri incələyib özünüzə daha uyğun olan alətləri seçməyi tövsiyə ediirk. Bundan başqa, bütün pullarınızı tək bir investisiya alətinə xərcləməklə həm risklərinizi, həm də bütün təminatlarınızı itirmə ehtimalını artırırsınız. Bu səbəbdən maliyyə alətlərini araşdırmalı, xüsusiyyətləri haqqında məlumat sahibi olmalı və investisiya gözləntilərinizə uyğun olan əməliyyatlar aparmalısınız.

Özünüzü bazarı izləməyə və təhlil etməyə öyrəşdirin

Birjalardakı əməliyyatlarınızın uğurlu olub olmamasında birbaşa əlaqəli iki vacib məsələ – bazarın monitorinqi və təhlilidir. İnvestisiya alətlərinin qiymət dalğalanmaları müəyyən amillərdən asılıdır. Misal üçün, Qızılın qiymətindəki dəyişikliklər barədə xəbərlərə baxsanız, ABŞ iqtisadiyyatındakı bir dəyişikliyin bu alətə nə qədər təsirli olduğunu görərsiniz.
Qızıl qiymətlərinə hansı amillərin təsir etdiyini bilmirsinizsə, dəyişiklikləri başa düşə bilməzsiniz. Dəyişikliklərin nə üçün qiymətlərdə görünən azalmalara və artımlara təsiri olduğunu üçün şərh edə bilmirsinizsə, məntiqi əməliyyatlar edə bilməzsiniz. Bazarı izləmək və təhlil etməklə, investisiya alətlərinin qiymət dəyişikliklərini şərh etməklə yanaşı, hansı səviyyədə satın alacağını və satılacağını da başa düşə biləcəksiniz.

Hisslərinizi idarə etməyi öyrənin

Yatırım edərkən nəzərə alınacaq ən vacib məsələlərdən biri də duyğularınızı idarə edə bilməyinizdir. Emosional qərarlar qəbul etməməli və hisslərinizə güvənərək vəsaitinizi idarə etməməlisiniz. Tələsməmək, səbirlə əməliyyatlar aparmaq, baş verən dəyişikliklər qarşısında qəfil qərar qəbul etməmək, uğurlu nəticələr əldə etməyiniz üçün çox vacibdir.
Eyni zamanda, əməliyyatlarınızı sakit bir psixologiya ilə həyata keçirməsəniz, risklərinizi çox artıracaqsınız. Hər nöqtəni bir-bir araşdırmaq üçün sakit və planlı bir şəkildə etməyiniz çox vacibdir. Həyəcan yaşayırsınızsa, şübhəsiz ki, bir neçə nüansı qaçıracaqsınız və buna görə yatırımdan əldə edəcəyiniz nəticə gözlənilməz bir istiqamətdə gedəcəkdir.

Yatırımın nə üçün zəruri olduğu mövzusunda araşdırma edə bilərsiniz. Pulun dəyərini başa düşmək və gələcəklə bağlı narahatlıqları aradan qaldırmaq ən vacib səbəblərdəndir. Eyni zamanda pulunuzun dəyərini artırmaq üçün həm də qənaət etməlisiniz. Pulunuz əgər bir yerdə dayanırsa dəyər qazanmadığından əmin olun. Bunun üçün investisiya qoyuluşunun düzgün yol olduğunu heç vaxt unutmamalısınız.

Categories: Yatırım
InvestAZ:
Related Post