Share This Article
Əmtəə, malların istehsalında istifadə olunan xammaldır. Əmtəələrin bəzi ənənəvi nümunələrinə taxıl, qızıl, neft və təbii qaz daxildir. Lakin texnoloji inkşaf da bazarda yeni növ əmtəələrin yaranmasına səbəb olur.
Əmtəələri maliyyə aktivləri kimi ixtisaslaşmış birjalarda almaq və satmaq olar. Həmçinin törəmə alətlər bazarlarında, broker vasitəsilə siz bu cür mallar üzrə müqavilələr ala bilərsiniz (məsələn, forvard, fyuçers və opsionlar). Bəzi ekspertlər hesab edirlər ki, investorlar yaxşı şaxələndirilmiş portfelin ən azı bir hissəsini əmtəələrdə saxlamalıdırlar, çünki onlar digər maliyyə aktivləri kimi yüksək korrelyasiyaya malik deyillər və inflyasiya zamanı hedcinq rolunu oynaya bilərlər.
Əmtəələrin alqı-satqısı, bir qayda olaraq, alqı-satqı edilən əmtəənin kəmiyyət və minimum keyfiyyətini standartlaşdıran birjalarda fyuçers müqavilələri vasitəsilə həyata keçirilir. Məsələn, Çikaqo Ticarət Şurası (CBOT) bir buğda müqaviləsinin 5000 buşel üçün olmasını şərtləndirir və müqaviləni yerinə yetirmək üçün buğdanın hansı növlərindən istifadə oluna biləcəyini bildirir.
İki növ treyder əmtəə fyuçersləri ilə ticarət edir. Birincisi, əmtəə fyuçers müqavilələrindən ilkin olaraq nəzərdə tutulduqları hedcinq məqsədləri üçün istifadə edən əmtəələrin alıcıları və istehsalçılarıdır. Bu treyderlər fyuçers müqaviləsinin müddəti başa çatdıqda faktiki əmtəənin çatdırılmasını həyata keçirirlər. Məsələn, məhsul əkən buğda fermeri məhsul yığılmazdan əvvəl buğdanın qiyməti aşağı düşərsə, pul itirmək riskindən hedcinq edə bilər. Fermer məhsul əkilən zaman buğda fyuçers müqavilələrini sata və buğdanın yığıldığı vaxt üçün əvvəlcədən müəyyən edilmiş qiymətə zəmanət verə bilər.
Əmtəə spekulyatorları- qeyri-sabit qiymət hərəkətlərindən mənfəət əldə etmək məqsədi ilə əmtəə bazarlarında ticarət edən treyderlərdir. Bu treyderlər heç vaxt fyuçers müqaviləsinin müddəti bitdikdə faktiki əmtəənin təhvil verilməsini və ya çatdırılmasını nəzərdə tutmurlar.
Fyuçers bazarlarının çoxu yüksək likvidliyə və gündəlik sürətli dəyişkənliyə malikdir, bu da onları gündaxili treyderlər üçün çox cəlbedici bazarlara çevirir. İndeks fyuçerslərinin çoxu brokerlər və portfel menecerləri tərəfindən riski kompensasiya etmək üçün istifadə olunur. Həmçinin, əmtəələr adətən kapital və istiqraz bazarları ilə tandemdə ticarət etmədiyindən, bəzi əmtəələrdən investisiya portfelini diversifikasiya etmək üçün səmərəli istifadə oluna bilər.
Əmtəə qiymətləri adətən inflyasiya sürətləndikdə yüksəlir, buna görə də investorlar inflyasiya artımı, xüsusən də gözlənilməz inflyasiya zamanı qorunmaq üçün onlardan istifadə edirlər. Əmtəə və xidmətlərə tələbat artdıqca, mal və xidmətlərin qiyməti yüksəlir və əmtəələr həmin mal və xidmətlərin istehsalı üçün istifadə olunurlar.
Əmtəə qiymətləri tez-tez inflyasiya ilə artdığından, bu valyutanın alıcılıq qabiliyyətinin azalmasına qarşı hedcinq rolunu oynaya bilər.
Bütün aktivlər kimi, əmtəə qiymətləri də son nəticədə tələb və təklif tərəfindən müəyyən edilir. Məsələn, inkişaf edən iqtisadiyyat neft və digər enerji məhsullarına tələbatın artmasına səbəb ola bilər.
Əmtəələr üzərindən InvestAZ İnvestisiya Şirkət vasitəsi ilə gəlir əldə edə bilərsiniz.