1. Ana səhifə
  2. Haqqımızda
  3. Bizi Seçənlər

PEŞAKARLARIN SEÇİMİ

INVESTAZ BEYNƏLXALQ İNVESTİSİYA ŞİRKƏTİ


Şirkətimiz verdiyi xidmətlər üzrə müştərini bütün layihə boyu müşaiyət edir, hazırlıq prosesini aparır, investorlarla danışıqlar aparır və sənəd dövriyyəsini tam olaraq üzərinə götürür. Bizi seçən müştərilərimiz müqavilə bağlanıldığı andan etibarən sadəcə ekran qarşısında yerinə yetirilən işləri izləyir. Müştərilərimzi eyni zamanda istənilən zaman lazım olan məlumatlar haqqında ətraflı hesabat ala bilərlər.

Bakı Fond Birjası tarixində ən böyük həcmli əqd olan TANAP layihə çərçivəsində Cənub Qaz Dəhlizinin istiqrazlarının yerləşdirilməsi İnvestAZ İnvestisiya Şirkəti tərəfindən həyata keçirilmişdir. Layihə üzrə icra olunan əqdin məbləği 2 milyard ABŞ dollarından artıq olmuşdur. Maliyyə Nazirliyinin bəzi hüquqi şəxslərdə payının artırılıb azaldılması işlərində İnvestAZ Maliyyə Nazirliyini təmsil etmiş və əməliyyatların həyata keçirilməsini təşkil etmişdir.
Bizi seçən müştərilərin sayı isə hərgün artmaqda davam edir.

MALİYYƏ BAZARLARINDA AŞAĞIDAKI XİDMƏTLƏRİ GÖSTƏRİRİK:


1. Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;
2. Fərdi investorların portfelinin idarə edilməsi;
3. İnvestisiya məsləhətlərinin verilməsi;
4. İnvestisiya qiymətli kağızlarının anderraytinqi;
5. Marja ticarəti;
6. Maliyyə alətləri ilə həyata keçirilən əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;
7. İnvestisiya tədqiqatı və maliyyə təhlilinin aparılması

Ən yaxşı
tədris xidməti

Mükafat 2014-2015 FX World İstanbul sərgisində iştirakçıların səsverməsi nəticəsində qazanılmışdır.

Ən yaxşı maliyyə
ticarət platforması

Yatırım Bələdçisi InvestOR 6-cı Saudi Money tərəfindən Ən yaxşı Maliyyə Ticarət Platforması seçildi.

Xidmət keyfiyyəti
mükafatı

Amerikada keçirilmiş International Quality Summit Convention-da mükafata layiq görüldük.

ŞİRKƏTİNİZ ÜÇÜN STRATEJİ BİR TƏRƏFDAŞ

Şirkətinə təqdim ediləcək maliyyə xidmətlərinin keyfiyyətinə önəm verən şirkətlər üçün Korporativ İnvestisiya xidmətini təqdim edirik.Əməliyyatlara başlamaq üçün dərhal bizimlə əlaqə saxlayın.